Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (6-08-2018, 12:11)
Mübariz Qurbanlı: “Həyat bilgisi” fənni tələbi tam ödəyə bilmir

Mübariz Qurbanlı: “Həyat bilgisi” fənni tələbi tam ödəyə bilmir

 

Cəmiyyətin həyatında dinin böyük rolu var. O, insanların həyatının ayrılmaz parçasıdır. Belə olan halda insanlar müxtəlif mənbələrdən dini biliklər əldə etməyə çalışır. Bunun mənfi tərəfi isə yaranmış fürsətdən radikal meyilli qrupların məharətlə istifadə etməsi və bilgisiz insanları öz təsir dairələrinə salmağa səy göstərməsidir. 

Mediatv.az  xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

“Azərbaycanlı yeniyetmə və gənclərin ilkin dini bilikləri internet resurslarından, cəmiyyətdəki təsadüfi şəxslərdən və ya dinlə bağlı lazımi qədər məlumata malik olmayan valideynlərindən alması məqsədəuyğun hesab edilmir”, - deyən komitə sədrinin sözlərinə görə, bu sadalanan “mənbələr” yetərli dini biliklərə və ortaq dini düşüncəyə malik olmadıqları üçün gənclərin dini dünyagörüşünün formalaşması işi onlara etibar edilə bilməz: 

“Odur ki, vətəndaşlarımıza hələ yeniyetmə dövründə eyni mənbədən, fərqli izahlara yol açılmadan ilkin dini biliklər verilməlidir.

Yalnız bu halda yeniyetmələrin sonradan yad təsirlərə məruz qalması ehtimalı məhdudlaşacaq, İslam və digər dinləri əxlaq və mənəviyyat nöqteyi-nəzərindən əxz etmiş gənclərimizi radikal, məzhəbçi ruhda yenidən tərbiyə etmək, demək olar ki, mümkünsüz olacaq”.

Komitə sədri deyib ki, hazırda bizim məktəblərdə tədris olunan “Həyat bilgisi” fənni tələbi tam ödəyə bilmir. 

“Əksər ölkələrdə, o cümlədən, qonşu Gürcüstan və Rusiyada bu prosesə artıq başlanıb. Hazırda Rusiyanın ümumtəhsil məktəblərində “Dini mədəniyyətlərin və dünyəvi etikanın əsasları” adlı fənn tədris olunur.

Dövlət Komitəsi bu sahədə mövcud reallığı nəzərə alaraq, ümumtəhsil məktəblərində dinlərlə bağlı tədris ediləcək mövzuları hazırlayaraq müvafiq qurumlara təqdim edib”, - deyə, M.Qurbanlı əlavə edib.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024