Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Dünya (28-07-2018, 22:00)
Mariya Zaxarova: Moskvada Azərbaycanı sevirlər

Mariya Zaxarova: Moskvada Azərbaycanı sevirlər

 

Ölkələrimiz arasında münasibətlər gözəl inkişaf edir. Bu, tarixən yoxlanılmış və müasir dövrdə inkişaf edən həqiqi dostluq münasibətləridir.

Mediatv.az  xəbər verir ki, bu sözləri AZƏRTACa müsahibəsində Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında münasibətlər bütün sahələrdə - humanitar, iqtisadi, siyasi – inkişaf edir.

“Sözsüz ki, bütün bunlar, ilk növbədə, ölkələrimizin rəhbərlərinin xidmətidir. Bu münasibətlərə onlar istiqamət verir, onlar bu münasibətləri dinamikləşdirir, necə deyərlər, “saatlarını qururlar”, lakin bununla bərabər, görülmüş işin nəticələrini də yoxlayır və gələcək inkişafın vektorunu müəyyən edirlər”, - Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Bakıda xarici işlər nazirlikləri arasında aparılan məsləhətləşmələr zamanı diqqət yetirilən mövzulardan biri də Rusiya və Rusiya vətəndaşları tərəfindən Azərbaycana olan münasibət idi.

“Moskvada Azərbaycanı və Bakını sevirlər. Sizin dövlətinizin bütün uğurlarına görə Moskvada sevinirlər. O cümlədən son illərdə Bakının necə dəyişməsini buraya gələnlərin hamısı qeyd edir. Hamı bu barədə bir-birinə danışır. Bu, ikitərəfli münasibətlərin inkişafının bir cəhətidir.

Bu münasibətlər təkcə siyasi tərkib hissə üzrə və ya, məsələn, elm, yaxud biznes sahəsində inkişaf etməklə məhdudlaşmamalıdır. Əməkdaşlığın bütün tərəflərinin məcmusu ölkələrimizin xalqları üçün vacibdir. Moskva ilə Bakı arasında münasibətlər məhz bu cür inkişaf edir”, - Rusiya XİN mətbuat xidmətinin rəhbəri hesab edir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024