Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (11-07-2018, 14:30)
XİN rəsmisi: "Hərbi tribunalların təşkili üçün BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmalıdır"

XİN rəsmisi: "Hərbi tribunalların təşkili üçün BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmalıdır"

 

Beynəlxalq hüquq və BMT Nizamnaməsinə görə hərbi tribunalların təşkil edilməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmalıdır.

Mediatv.az Trend-ə istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, hələ ki belə bir qətnamə yoxdur: "Ermənistan tərəfindən müharibə dövründə Azərbaycana qarşı çoxsaylı hərbi cinayətlər törədilməsinə baxmayaraq, hələ də BMT Təhlükəsizlik Şurası tərəfindən belə bir tribunalların təşkil edilməsi barədə qətnamə qəbul edilməyib. Bu da məsələnin hüquqi müstəvidə hərbi tribunal səviyyəsinə çıxarılmasına mane olan amillərdən biridir".

H.Hacıyev bildirib ki, Azərbaycan məsələ ilə bağlı müxtəlif səviyyələrdə müzakirə və məsləhətləşmələr aparıb:

"Amma ilk növbədə BMT Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə bu qəbildən olan qətnamə qəbul edilməlidir ki, xüsusi hallarda nəzərdə tutulan tribunallar təşkil edilsin. Bununla bərabər Ermənistan beynəlxalq məhkəmələrin yurisdiksiyasını qəbul etmir".

XİN rəsmisi əlavə edib ki, Ermənistanın münaqişə dövründə Azərbaycana qarşı törətdiyi əməllərinə görə bir dövlət olaraq məsuliyyət daşıması ilə bərabər, Ermənistanın siyasi hərbi rəhbərliyində olan, bu əməllərin törədilməsində bilavasitə iştirak edən şəxslər də məsuliyyət daşıyırlar:

"Ermənistan özü sivil davranış nümayiş etdirərək bu şəxsləri cəzalandırmalıdır. Amma təəssüf ki, Ermənistan tərəfindən bu addımlar atılmır. Məsələn, Manvel Qriqoryan vaxtilə Ermənistan müdafiə nazirinin müavini olub. Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətlərdə iştirak edib. 2014-cü ildə "Azadlıq" radiosunun Ermənistan bürosuna verdiyi müsahibəsində özü açıq şəkildə etiraf edib ki, 200-dən artıq mülki Azərbaycan vətəndaşını girov götürüb, onları öz şəxsi təsərrüfatında işlədib. Lakin həmin şəxsə qarşı yalnız korrupsiya ilə bağlı cinayət işi başlanıb. Əgər Ermənistan bu gün insan hüquqlarından dəm vurursa, bu kimi cinayətlərə də aydınlıq gətirməlidir".



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
15 07 2018