Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (29-06-2018, 10:03)
Bu gün Milli Məclis sonuncu dəfə toplaşır - Gündəlikdə 39 məsələ var

Bu gün Milli Məclis sonuncu dəfə toplaşır - Gündəlikdə 39 məsələ var

 

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.

Mediatv.az Trend-ə istinadən bildirir ki, iclasın gündəliyinə 4 yeni məsələ əlavə edilib.

Ümumilikdə gündəlikdə duran 39 məsələyə "Polis haqqında", "İnformasiya əldə etmək haqqında", "İcarə haqqında", "İcra məmurları haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Dövlət qulluğu haqqında", "Siyasi partiyalar haqqında", "Feldyeger rabitəsi haqqında", "Yol hərəkəti haqqında", "İcra haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında", "Büdcə sistemi haqqında", "Notariat haqqında" və s. qanunlara, o cümlədən Cinayət, İnzibati Xətalar, Cinayət Prosessual, İnzibati Prosessual, Cəzaların İcrası, Mülki, Vergi məcəllələrinə dəyişiklik layihələri daxildir.

"Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq.

İclasda "Məşğulluq haqqında" (üçüncü oxunuş), "Azərbaycan Respublikasında dövlət daktikloskopik və genom qeydiyyatı haqqında" (üçüncü oxunuş), "Azərbaycan Respublikası Hesablama Palatası haqqında" (üçüncü oxunuş) qanun layihələri də müzakirə ediləcək.

Millət vəkilləri tərəfindən "Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə əlaqədar bəzi qanunlara dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə baxılması da nəzərdə tutulur.

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024