Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (27-06-2018, 13:30)
"Türkiyə-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsi üçün yeni inkişaf mərhələsi açılacaq"

"Türkiyə-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsi üçün yeni inkişaf mərhələsi açılacaq"

 

Türkiyədə prezident və parlament seçkiləri tam demokratik və şəffaf şəkildə keçirildi.

Mediatv.az  xəbər verir kİ, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Türkiyə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə bir çox iqtisadi və siyasi nailiyyətlərə imza atıb:

"Onun rəhbərliyi ilə Türkiyənin beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənib. Seçkilərdə Ərdoğanın qalib gəlməsi bundan sonra da Türkiyənin təhlükəsizliyinin gücləndirilməsi, rəsmi Ankaranın beynəlxalq aləmdə güc mərkəzi kimi imkanlarını daha da genişləndirməsi deməkdir. Bu qələbə ona gətirib çıxaracaq ki, beynəlxalq terrorizmə qarşı mübarizədə Türkiyənin daha ardıcıl və daha kəskin addımlarının şahidi ola biləcəyik".

Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərin ilkin nəticələrindən sonra R.T.Ərdoğanı təbrik edən ilk dövlət başçısı olduğunu xatırladan millət vəkilinin sözlərinə görə, bu, bir daha sübut etdi ki, Azərbaycan-Türkiyə əlaqələri, qardaşlığı möhkəmdir: "Prezident İlham Əliyev Ərdoğanı təbrik edərkən onu Azərbaycana rəsmi səfərə dəvət etdi. Bundan sonra Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün yeni inkişaf mərhələsi açılacaq".

Qeyd edək ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Prezident seçkilərində R.T.Ərdoğan 52,5 faiz səslə qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyasından olan Məhərrəm İncə isə səslərin 30,7 faizini toplayıb.

Parlament seçkilərində isə "Cümhur İttifaqı" bloku səslərin 53,65%, CHP, Səadət Partiyası və "İyi Parti"nin iştirak etdiyi "Millət İttifaqı" 33,96%, HDP 11,69%, digər partiyalar isə 0,07%-ni toplayıb.

Beləliklə, Ədalət və İnkişaf Partiyası parlamentdə 295, MHP 48, CHP 147, İyi Parti 43, HDP isə 67 deputatla təmsil olunacaq.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024