Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-06-2018, 09:00)
Azərbaycanda iki qurumun adı dəyişdirildi - Prezident fərmanı

Azərbaycanda iki qurumun adı dəyişdirildi - Prezident fərmanı

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti  və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin adları dəyişdirilib.
Mediatv.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı  “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanında əksini tapıb.
 
Hər iki qurumun adından “Nəzarət” sözləri çıxarılıb. Beləliklə, bu qurumlar müvafiq olaraq Dövlət Baytarlıq Xidməti  və Dövlət Fitosanitar Xidməti adlanacaq.
 
Bu Fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
 
Beləliklə, Dövlət Baytarlıq Xidməti  və Dövlət Fitosanitar Xidmətinin baytarlıq və fitosanitar sahələrdə nəzarət funksiyasını  itirməsi, yalnız bu sahələrdə xidmət göstərməklə məşğul olacağı rəsmiləşib. Bu, həmin sahələrdə nəzarət funksiyasının  Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunması ilə bağlıdır.

 

 

 

Qeyd edək ki, Azərbaycan prezidentinin  2017-ci il 13 noyabr tarixli fərmanına əsasən, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib. Qida Təhlükəsizliyi Agentliyi 2018-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlayıb.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024