Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (14-06-2018, 17:00)
Əli Əhmədov: "Azərbaycan güclü ölkəyə çevrilib, güclü ordusu var"

Əli Əhmədov: "Azərbaycan güclü ölkəyə çevrilib, güclü ordusu var"

 

Bu gün Yeni Azərbaycan Partiyasında (YAP) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Mediatv.az  Trend-ə istinadən xəbər verir ki, tədbirdə YAP gəncləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov bildirib ki, ümummilli lider Heydər Əliyevin qayıdışı ilə başlayan bu gün Azərbaycan tarixində yeni səhifələr açdı və Azərbaycanda təlatümlü günlərə son qoyuldu:

"Azərbaycan müstəqilliyini bərpa etmişdi, ancaq ölkəmiz çox təlatümlü, gələcək üçün təhlükə yaradan proseslərlə üz-üzə qalmışdı. O zamankı hakimiyyət ölkədə sabitliyi, əminamanlığı təmin edə bilməmişdi, ölkədə qeyri-sabitlik höküm sürürdü, iqtisasdiyyat tənəzzül dövrünü yaşayırdı, xarici siyasətdə uğursuzluqların nəticəsində Azəraycanın izolyasiyaya düşməsi təhlükəsi yaranırdı, erməni təcavüzü nəticəsində Azərbaycan ərazilərini itirirdi. Bütün sahələrdə ciddi böhran yaşanırdı. Təbii ki, Azərbaycan əhalisi ölkənin gələcəyini güdür və bu proseslərdən narahatlığını ifadə edirdi. Xalq anlayırdı ki, ölkəni bu vəziyyətdən yalnız Heydər Əliyev qurtara bilər və ona görə də Heydər Əliyevi Bakıya dəvət etdilər. Heydər Əliyev 1993-cü ilin iyunun 9-da Bakıya gəldi, iyunun 15-də parlamentin sədri seçildi. Bununla Azərbaycanda sabitliyini təmin olunması istiqamətində addımlar həyata keçirilməyə başladı, ilk növbədə sabitlik bərpa edildi, ölkənin ərazilərinin itirilməsi qarşısına sədd çəkildi, iqtisadi sahədə isə tənəzzülün qarşısı alındı, 1600 faizə qədər qalxan hiperinfilyasiya cilovlandı və beləliklə insanların Heydər Əliyevin qayıdışından gözlədikləri həyata keçirildi. Azərbaycan normal həyata qayıtdı və bütün sahələrdə ciddi islahatlar həyata keçirilməyə başlandı".

Ə.Əhmədov vurğulayınb ki, Heydər Əliyevin qayıdışından sonra Azərbaycanı bugünki inkişafa gətirib çıxaran uğurlu strategiya həyata keçirilməyə başladı: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurlu inkişafını davam etdirdi. Bu gün Azərbaycan güclü bir ölkəyə çevrilib, güclü ordusu var. Hesab edirik ki, Azərbaycan insanları daha da yaxşı yaşayacaq".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024