Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (10-06-2018, 18:00)
Azərbaycanda təkcə bu qurumun rəhbəri yoxdur

Azərbaycanda təkcə bu qurumun rəhbəri yoxdur

 

Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli sərəncamı ilə istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya sahəsində idarəetmənin təkmilləşdirilməsi üçün Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.

Həmin sərəncamla Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Onun texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri yeni Dövlət Agentliyinə verilib. 

Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də bu agentliyə birləşdirilib.
Beləliklə də Nazirlər Kabinetinin tərkibində yeni bir mərkəzi icra hakimiyyəti orqanı - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi formalaşdırılıb.

Mediatv.az  Modern.az-a istinadən məlumatına görə, hazırda Nazirlər Kabinetinin tərkibində rəhbəri təyin olunmayan yeganə qurum Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir. Bəs bu qurumla bağlı təyinat nə zaman gerçəkləşəcək?

Nazirlər Kabinetindən verilən məlumata görə, hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi barədə 20 aprel 2018-ci il tarixli sərəncamı icra etmək məqsədi ilə Nazirlər Kabinetinin Ləğvetmə Komissiyası işləyir. Çünki ləğv edilmiş komitənin bəzi səlahiyyətləri yeni Dövlət Agentliyinə verilib. 

Agentliyin rəhbər təyinatına gəlincə, bunun ölkə başçısının səlahiyyətindəki məsələ olduğu vurğulanıb. Hələ ki, yeni qurumun strukturu da tam formalaşdırılmayıb. Amma önümüzdəki günlərdə dövlət başçısının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə bağlı təyinat barədə sərəncam verəcəyi istisna edilmir.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024