Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (1-06-2018, 23:13)
"TRAMPIN AZƏRBAYCANA VERDİYİ QİYMƏT ƏLEYHİMİZƏ OLAN QÜVVƏLƏRƏ MESAJDIR"

"Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən çoxvektorlu, balanslı xarici siyasət xətti sayəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeləri gündən-günə güclənir”.

Bunu "Sherg.az”a Amerika-Azərbaycan münasibətlərində müşahidə olunan yaxınlaşma barədə danışarkən millət vəkili Elman Nəsirov bildirib. Deputat vurğulayıb ki, Azərbaycanın xarici siyasətinin əsas prioriteti ikitərəfli münasibətlərdir:
 
"Bu münasibətlər nə qədər səmərəli qurularsa, üçtərəfli, dördtərəfli əməkdaşlıqlar, təşkilatlar çərçivəsində əlaqələr də yüksək səviyyədə təşkil olunar.
 
Xarici siyasət sahəsində Amerika Birləşmiş Ştatları (ABŞ) ilə münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Fundamental məsələlərdə bizim mövqelərimiz üst-üstə düşür. Beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik, enerji təhlükəsizliyi kimi sahələrdə rəsmi Vaşinqton və rəsmi Bakının prinsipləri eynidir. ABŞ-Azərbaycan əlaqələrində son vaxtlar yeni dinamizm müşahidə olunmaqdadır. Bu Donald Trampın həyata keçirdiyi praqmatik siyasətin təzahürüdür. 
 
O, Azərbaycanın regiondakı yeri və roluna düzgün qiymət verir, dövlətimizin regionda sabitləşdirici rol oynadığını dərk edir. Praqmatik siyasətçi olaraq, D. Tramp Azərbaycanla münasibətlərini inkişaf etdirmək istədiyi tək sözdə deyil, əməli addımlarla təsdiqləməkdə maraqlıdır. Son bir neçə ayda baş verən ictimai-siyasi əhəmiyyətli hadisələrlə bağlı Amerika prezidentinin Azərbaycana təbriklər göndərməsi, ölkəmizlə əməkdaşlığa hazır olduğunu ifadə etməsi göstərir ki, Amerika rəhbərliyi Azərbaycanın firavan, inkişaf edən dövlət olduğunun fərqindədir”.
 
Millət vəkili söyləyib ki, Azərbaycan hazırda Avropa İttifaqının yeni alternativ enerji mənbəyidir. ABŞ rəhbərliyi isə bu reallığın fərqindədir:
 
"ABŞ-ın Azərbaycana olan müsbət münasibətinin bizim üçün daha bir əhəmiyyəti ermənilərin Amerikada təsir imkanlarını zəiflətməkdir. Xüsusilə, ikitərəfli münasibətlərə xələl gətirməyə çalışan ermənipərəst qüvvələr, Amerika Konqresində komissiya rəhbəri olan Kristofer Smitin komandası aktiv fəaliyyət göstərir. D.Trampın Azərbaycan siyasətinə verdiyi qiymət, şəxsən Azərbaycan prezidentinə yüksək münasibəti əleyhimizə olan qüvvələr üçün də mesajdır. Onlar dərk etməlidir ki, Amerika-Azərbaycan münasibətlərini korlamaq cəhdlərinin heç bir perspektivi yoxdur. İndiki məqamda Bakı-Vaşinqton münasibətləri bütün parametrlər üzrə inkişaf edir, hər iki dövlət bir-birinin qarşılıqlı maraq dairəsindədir. 
 
Ən başlıcası, rəsmi Vaşinqton gözəl bilir ki, rəsmi Bakının rəsmi Moskva ilə olan münasibətləri Amerikanın əleyhinə deyil. Eyni zamanda Azərbaycanın Amerika ilə yaxşı münasibətlərinin Rusiyanın əleyhinə olmadığını da anlayırlar. Prezident İlham Əliyev müstəqil siyasət həyata keçirir. Milli maraqlarımız bütün maraqların önündə gəlir. Bununla bərabər, biz partnyorlarımızın maraqlarına da hörmət edirik. Ən əsası ikitərəfli münasibətlərdə bir-birinin daxili işinə qarışmamaq, qarşılıqlı əməkdaşlıq və bərabər hüquqa söykənən siyasət həyata keçiririk. Rəsmi Vaşinqton da bunu düzgün qiymətləndirir, uyğun addımları atır”.
 
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə məktub göndərib. Məktubda Azərbaycan xalqını Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi münasibətilə təbrik edib.
 
Bundan əvvəl isə D. Tramp Prezident İlham Əliyevin yenidən ölkə başçısı seçilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təbrik məktubları ünvanlamışdı. Hər üç məktubda Amerika prezidentinin Azərbaycan haqqında müsbət fikirləri, ölkəmizlə əməkdaşlığın artırılması meylləri yer alıb.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024