Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-05-2018, 15:00)
YAP-dan Səməd Seyidovla bağlı AŞPA-ya sərt etiraz

YAP-dan Səməd Seyidovla bağlı AŞPA-ya sərt etiraz

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bəzi üzvlərə, o cümlədən, Azərbaycanın sözügedən qurumdakı nümyəndə heyətinin rəhbəri Səməd Seyidova sanksiya tətbiq etməsi bu təşkilatın tarixində yol verilən ən böyük səhvlərdən biri kimi qiymətləndirilməlidir.

Bunu Mediatv.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) şöbə müdiri, millət vəkili Aydın Mirzəzadə partiyadaşı, Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla bağlı yaranmış situasiyanın Azərbaycan-AŞPA münasibətlərinə necə təsir edə biləcəyi məsələsinə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, Avropa Şurasının dəyərlərini bölüşən, bu qurumla hər zaman səmimi əməkdaşlığa üstünlük verən bir ölkənin nümayəndə heyətinin rəhbərinə qarşı heç bir fakt olmadan və ədalətsizcəsinə ittiham irəli sürülür:

“Daim qanunun aliliyinə riayət edilməsini, qanunçuluğu bəyan edən bir qurum tərəfindən qanunsuz şəkildə və heç bir fakt olmadan həmin şəxsin - Azərbaycan nümayəndə heyətinin rəhbərinin etiraf etdirilməsinə cəhd göstərilir. Bu, hesab edirəm ki, AŞPA-nın ən bağışlanılmaz səhvlərindəndir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da AŞPA-Azərbaycan əlaqələrinə, əməkdaşlığına töhfə vermiş, hər zaman öz ədalətli mövqeyi ilə seçilən, demokratik dəyərlərə, eləcə də, Avropa Şurasının bölüşdüyü dəyərlərə hörmətlə yanaşan bir siyasətçidir, parlamentaridir. Ona qarşı belə bir addımın atılması qəbuledilməzdir.

Bu baxımdan, təbii ki, Azərbaycan tərəfindən də Azərbaycan-AŞPA münasibətləri dəyərləndiriləcək və müvafiq qərar veriləcək”.

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024