Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (21-04-2018, 14:00)
İndoneziya mətbuatı: "Azərbaycan bir çox ölkələr üçün dini tolerantlıq nümunəsi kimi çıxış edə bilər"

İndoneziya mətbuatı: "Azərbaycan bir çox ölkələr üçün dini tolerantlıq nümunəsi kimi çıxış edə bilər"

 

Azərbaycan bir çox ölkələr üçün dini tolerantlıq nümunəsi kimi çıxış edə bilər.

Mediatv.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İndoneziya Müsəlman Tələbələr Assosiasiyasının İcraiyyə Şurasının sədri Səddam əl-Cihadın "RILIS" nəşrində (İndoneziya) dərc olunan məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, qlobal problemlər, xüsusilə də islamofobiya fonunda dünya ictimaiyyəti dinlər arasında ahəngin hökm sürdüyü Azərbaycandan nümunə götürməlidir:

"Müxtəlif dinlərin nümayəndələri Azərbaycanda dinc şəkildə yaşayır və bir-birinə hörmət edirlər. Vətəndaşların böyük əksəriyyətinin müsəlman olduğu Azərbaycanda tolerantlıq prinsipi böyük hörmətə malikdir. Bu cür mühit müxtəlif etnik azlıq nümayəndələrinə özlərini rahat hiss etməyə imkan verir".

Qeyd olunur ki, bu ahəngi şiə və sünnilərin cümə namazına toplaşdığı Heydər məscidində də müşahidə etmək olar:

"Bundan başqa, şiələr və sünnilər nikah qurur. İndoneziyada şiələrlə sünnilər arasında nikahlar əvvəlki kimi nadir haldır. Azərbaycan bu baxımdan Avropa ölkələri, ABŞ, eləcə də Yaxın Şərq və Asiya ölkələrinə nümunə ola bilər".

 

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024