Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-04-2018, 21:30)
Azərbaycan Pakistandan döyüş təyyarələri alır

Azərbaycan Pakistandan döyüş təyyarələri alır

 

JF-17 “Thunder” döyüş təyyarələrinin alqı-satqısına dair Azərbaycan və Pakistan arasında müqavilə 2019-cu ildə bağlana bilər.

Mediatv.az-ın xəbərinə görə, bu barədə Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində keçirilən DSA-2018 beynəlxalq müdafiə sərgisində iştirak edən “AzeriDefence”nin əməkdaşına sərgidə iştirak edən “Pakistan Aeronautical Complex” (PAC) şirkətinin stendindən məlumat verilib.

Şirkət nümayəndəsinin sözlərinə görə, Azərbaycanın yaxından maraqlandığı Block III konfiqurasiyası artıq hazırlanıb. Təyyarəyə AESA radarı seçilib və bu radarla sınaqlarına başlanacaq. JF-17 Block III konfiqurasiyasının seriyalı istehsalı da 2019-cu ilin sonları, 2020-ci ilin əvvəllərinə nəzərdə tutulur.

PAC rəsmilərinin sözlərinə görə, təyyarənin Azərbaycana satışına mane ola biləcək texniki məsələlər çözülüb. Ehtimalla, bu ilin sonlarına doğru təyyarənin Azərbaycan və digər bir neçə ölkədən olan müştərilərə təqdimatının keçirilməsi planlaşdırılır. Azərbaycan tərəfi də maliyyələşmə ilə bağlı problemləri həll etməyə çalışır.

PAC nümayəndələri ilin sonuna qədər Azərbaycanın sifariş verdiyi “Super Muşşak” (Super Mushshak) təlim təyyarəsinin hamısının təhvil veriləcəyini bildiriblər.

Hazırda həmin təyyarələr istehsal edilib və zavod mütəxəssislərinin nəzarəti altında ilkin sınaqları keçirilir.

Qeyd edək ki, Azərbaycan HHQ ilə PAC arasında 10 ədəd “Super Muşşak” təyyarəsinin alqı-satqısına dair müqavilə 2017-ci ilin iyul ayında imzalanıb.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024