Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-04-2018, 14:00)
Daha üç qanun hərbi vəziyyətlə bağlı dəyişdirilir

Daha üç qanun hərbi vəziyyətlə bağlı dəyişdirilir

 

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin aprelin 17-də keçirilən iclasında “Televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunlara əlavələr müzakirəyə çıxarılıb.

Mediatv.az-ın məlumatına görə, layihələrə dəyişiklik hərbi vəziyyətlə əlaqdardır.

Adıçəkilən komitənin sədri, akademik Rafael Hüseynov məlum sənədlərə əlavələr və dəyişikliklər barədə məlumat verib.

O, deyib ki, layihələrə əsasən fövqəladə və hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək:

“Yəni, hərbi vəziyyət şəraitində qanunvericiliyə uyğun olaraq səlahiyyətli dövlət hakimiyyəti orqanları zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malikdirlər və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitdədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilərlər.

Eyni zamanda, təklif olunan əlavələrə görə, hərbi vəziyyətlə əlaqədar olaraq daşınar abidələr onların məhv edilməsi, oğurlanması və ya korlanması təhlükəsi qarşısında qanunvericiliklə müəyyən edilmiş qaydada müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülə bilər.

Digər əlavəyə əsasən isə hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” müvafiq olaraq teleradio məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbqi edilən ərazidə (ərazilərdə) teleradio yayımının xüsusi fəaliyyət rejimi tətbiq edilə bilər…”



Xəbər lenti
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018
25 04 2018