Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət, Karusel, Slayd (7-03-2018, 20:59)
Ramiz Mehdiyevin qudasi işdən çıxarılıb! – Yaş senzinə görə, amma…

Nazirlər Kabinetinin aparatında struktur dəyişikliyi ilə əlaqədar bu yaxınlarda işdən azad olunanlar arasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qudası (Oğlu Timur Mehdiyevin qayınatası-red.) da olub. "AzPolitika.info”ya verilən məlumata görə, Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqovun yaş senzinə görə işdən azad olunduğu bildirilsə də, PA rəhbəri bu qərardan narazılığını gizlətməyib.


Xatırladaq ki, Nazirlər Kabinetinin strukturunda dəyişiklik və ixtisarlar nəticəsində İ.Sadıqovla birlikdə daha 8 şöbə müdiri vəzifəsindən uzaqlaşdırılıb. Onların bəziləri yaş senzinə görə işdən çıxarılıb, bəzilərinin isə rəhbərlik etdiyi şöbələr ləğv olunub. Bundan əlavə, digər bölmələrdə də ixtisarlar aparılıb.

Dəyişikliklər prezident İlham Əliyevin 23 avqust 2017-ci il tarixli fərmanı əsasında aparılıb. Həmin fərmanda qeyd olunurdu ki, aparatın yeni ştat cədvəli 1 ay müddətinə tərtib olunmalıdır. Ştat sayı isə 200 nəfər olmalıdır. Prezidentin fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin strukturunda yeniləşmələr gedib.

Nazirlər Kabinetinin mətbuat xidməti işdən azad edilən şəxslərin kimliyini açıqlamasa da, onların adı sonradan mətbuata məlum olmuşdu. Vəzifədən çıxarılanlar aşağıdakı şəxslər idi:

Baş nazirin 85 yaşlı müşaviri Musa Məmmədov
Ümumi şöbənin müdiri Ziyavəddin Qasımov
Sənaye və energetika şöbəsinin müdiri Səyyad İsmayılov
Ekologiya şöbəsinin müdiri İlyas Əlizadə
Humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov
Nazirlər Kabinetinin ləğv olunan şöbələri isə aşağıdakılardır:
MDB ölkələri ilə iş şöbəsi (müdir Kamal İsmayılzadə)
Məxfi Şöbə (Müdir Kamil Katibli)
Kadrlar Şöbəsi (Müdir Səriyyə Əzimova)
Hərbi və inzibati şöbə (müdir Elman Gərayzadə)

Qeyd edək ki, İsmayıl Sadıqov həm də Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvü olub.

 



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018