Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (8-02-2018, 12:08)
Musa Quliyev: Əlillərlə bağlı yeni qanun qəbul olunmalıdır

[thuParlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev üzvü olduğu Milli Məclisin (MM)  Əmək və sosial siyasət komitəsinin müzakirələrinə çıxarılmış və tənqidlərə məruz qalmış  “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsindən bir daha narazılığını ifadə edib.

Mediatv.az-ın xəbərinə görə, millət vəkili bununla bağlı acıqlamasında bu yöndə hazırda qüvvədə olan mövcud qanunun daha effektli və mütərəqqi olduğunu söyləyib.

O bildirib ki, müzakirələrə  çıxarılmış yeni sənəd isə bu formada plenar iclasın müzakirələrinə çıxarılaraq, qəbul olunarsa, onun səmərəsi olmayacaq, əksinə, bir sıra problemlərə yol açacaq.

Millət vəkili I qrup əlillər üçün xüsusi iş yerlərinin yaradılmasını təklif edib. M. Quliyev deyib ki, əlillərin iş problemi diqqətdə saxlanılmalıdır:

“İctimai dinləmələr zamanı da qeyd etdiyim, yəni, 1992-ci ildə qəbul olunan qanunda olduğu kimi, yeni sənəddə əlillər üçün ayrıca məşğulluq kvotası nəzərdə tutulmalıdır. Ya da əlillər üçün xüsusi yaradılmış iş yerləri kvotası məsələsini müzakirə etməliyik.

Sahibkarlar I qrup əlillər üçün müəssisədə xüsusi iş yerləri yaratmalıdır. Məsələn, 100 iş yerindən iyirmisini I qrup əlillər üçün ayırsınlar”.

Deputat bununla yanaşı, Qarabağ müharibəsində əlil olan şəxslərin fərqləndirilməsinin tərəfdarı olduğunu qeyd edib:

“Azərbaycan müharibə şəraitində yaşayır. Bu müharibəni qələbə ilə başa vuracağıq. Müharibədə əlil olan şəxslərin üstün hüquqları olmalıdır və qanunvericiklikdə əksini tapmalıdır.

Hesab edirəm ki, bu qanunda Azərbaycanın müdafiəsi uğrunda əlil olan şəxslərin üstün hüquqlarının olması barədə bir müddəa qeyd olmalıdır. Onlara ev, maşın, pensiya artıq verilməlidir”.

M. Quliyev gələcəkdə əlillərlə bağlı ayrıca, yeni qanun layihəsinin hazırlanıb müzakirələrə çıxarılması və qəbul olunmasını təklif edib:

“Gələcəkdə başqa bir qanun layihəsi də hazırlayıb, onu müzakirələrə çıxarmalı və qəbul etməliyik”.mb]http://mediatv.az/uploads/posts/2018-02/1518073708_musa-quliyev.jpg[/thumb]



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
21 09 2018
21 09 2018
21 09 2018
21 09 2018
21 09 2018
21 09 2018
21 09 2018
21 09 2018
21 09 2018
21 09 2018
21 09 2018
21 09 2018
21 09 2018
21 09 2018