Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (1-02-2018, 16:30)
Deputatlar prezidentə müraciət etdilər

Deputatlar prezidentə müraciət etdilər

 

Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov növbəti amnistiya aktının qəbul olunmasını öz üzərinə götürməsi üçün ölkə başçısına deputatlar adından müraciət edib. 

Mediatv.az  Oxu.Az-a istinadən  xəbər verir ki, o xatırladıb ki, bu günə qədər ölkədə 63 əfv sərəncamı və fərmanı, 11 amnistiya aktı qəbul olunub: 

“Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktı qəbul olundu və o, 10 mindən artıq insanı əhatə etdi. Onu da qeyd edim ki, hər bir deputat amnistiya aktının qəbul olunması ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər. Ancaq bağışlamaq Allaha və ölkə başçısına aiddir. Ona görə Cümhurriyyətin 100 illiyi ilə bağlı deputatlar adından xahiş edək və ölkə başçısına müraciət edək ki, bu işi öz üzərinə götürsün. 

Bu, vətəndaşlarımızın gözlədiyi məsələdir. Bir neçə məsələdə amnistiya aktı keçmişdəkilərdən fərqli olmalıdır. Azərbaycan 27 ildir müstəqildir. Bu amnistiya dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda iştirak etmiş və səhvlərə yol vermiş bütün şəxslərə şamil olunmalıdır. Həmçinin yaşı 60-dan yuxarı olan bütün qadınlara, himayəsində azyaşlı uşaqlar olan qadınlara da şamil olunmalıdır. Çünki həmin qadınlar həbsxanada dünyaya övlad gətiriblər.

Yaşı 70-dən yuxarı olan bütün kişilərə, radikal dini cərəyanlara qoşulmamış bütün dini şəxslərə də tətbiq olunmalıdır. Qarşıdan seçki ili gəlir. Kimlərsə yenə bu kampaniyaya kölgə salmaq istəyir. Belə ki, hansısa adamların adından Azərbaycana qarşı radikal kampaniya aparırlar. Düşünürük ki, hansısa cinayətə yol vermiş olsa da, radikal cəbhədən olanları da amnistiyaya salmaq lazımdır”.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024