Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (22-01-2018, 21:30)
Deputat: Almaniyanın sülhpərvər missiyası bizi sevindirir

Deputat: Almaniyanın sülhpərvər missiyası bizi sevindirir

 

Yanvarın 22-də Milli Məclisin (MM) Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke arasında görüş keçirilib.

Mediatv.az  xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, siyasi, iqtisadi və humanitar sahələrdə Almaniya–Azərbaycan münasibətləri ətrafında müzakirələr aparılıb.

MM-in gənclər və idman komitəsinin sədri, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fuad Muradov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib.  Komitə sədri bildirib ki, bu əlaqələr həm siyasi, həm də iqtisadi sahədə inkişaf edir.

“Yüksək səviyyəli görüşlər göstərir ki, Azərbaycanla Almaniya arasında münasibətlər müxtəlif istiqamətlər üzrə inkişaf edir. Ölkələrimiz arasında iqtisadiyyat, mədəniyyət, insan haqları, demokratiya sahələrində yaxşı əməkdaşlıq mövcuddur”, - deyə F. Muradov bildirib.

Azərbaycan parlamenti ilə Almaniya Bundestaqı arasında da əlaqələrin yüksək səviyyədə olduğunu deyən komitə sədr bildirib ki, Almaniya hökuməti və xalqı ölkəmizin haqlı mövqeyini dəstəkləyir:

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Almaniyanın sülhpərvər missiyası, beynəlxalq hüquqa əsaslanmış mövqeyi bizi sevindirir”.

Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili A. Peşke bildirib ki, iki ölkə arasında münasibətlər dinamik inkişaf edir. O, bu səfərinin əlaqələrimizin daha da inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Almaniyanın Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini deyən qonaq bildirib ki, Azərbaycan Almaniyanın Qafqazdakı çox vacib iqtisadi tərəfdaşıdır. Bundan əlavə, iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etməsi əhəmiyyətlidir. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsindən danışan A. Peşke qeyd edib ki, Almaniya bu məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır.

Görüşdə ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyəti və onun daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Qonağa Azərbaycanda həyata keçirilən islahatlar, ölkəmizin iqtisadi inkişafı haqqında ətraflı məlumat verilib. Tərəflər münasibətlərin yaxşılaşdırılması üçün bu cür görüşlərin və faydalı fikir mübadilələrinin vacibliyini vurğulayıblar.



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
17 02 2018
17 02 2018
17 02 2018
17 02 2018
17 02 2018
17 02 2018
17 02 2018
17 02 2018
17 02 2018
17 02 2018
17 02 2018
17 02 2018
17 02 2018
17 02 2018
17 02 2018
17 02 2018
17 02 2018
17 02 2018
16 02 2018
16 02 2018
16 02 2018
16 02 2018
16 02 2018
16 02 2018
16 02 2018
16 02 2018
16 02 2018
16 02 2018
16 02 2018
16 02 2018