Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-01-2018, 19:00)
Səməd Seyidov: “Bir millət, iki dövlət” fəlsəfəsi ilə yaşamalıyıq

Səməd Seyidov: “Bir millət, iki dövlət” fəlsəfəsi ilə yaşamalıyıq

 

Yanvarın 17-də Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Mediatv.az  Oxu.Az-a istinadən  xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, hər iki ölkə dostluq və qardaşlıq əlaqələrini genişləndirmək, bir millətin ümumi dəyərlərini yüksəltmək üçün fəaliyyət göstərib, göstərir və bundan sonra da göstərəcək:

“Biz ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsini bir daha xatırlamalı və hər zaman bu fəlsəfə ilə yaşamalıyıq”.

S. Seyidov deyib ki, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinin ölkəmizə gəlişi çox önəmlidir, həm də böyük rəmzi məna daşıyır:

“Üç gündən sonra Azərbaycan tarixində baş vermiş ən qanlı hadisələrdən birini – 20 Yanvar faciəsini qeyd edəcəyik. Bu, bir faciədir, eyni zamanda, Azərbaycan tarixində şərəf səhifəsidir”.

2018-ci ilin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan S.Seyidov bildirib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin, Türk İslam Ordusunun Bakını ermənilərdən azad etməsinin 100 illiyi qeyd olunacaq. Ona görə də bu il ölkəmiz üçün çox rəmzi məna daşıyır.

TBMM-in xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır Azərbaycana səfərdən məmnunluq duyduğunu deyib. O bildirib ki, Azərbaycan üçün önəmli olan hər şey Türkiyə üçün də önəmlidir:

“2018-ci il Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bir ildir”.

Bir neçə gündən sonra Azərbaycanda 20 Yanvar faciəsinin qeyd olunacağını vurğulayan V. Bozkır Azərbaycanın həmin faciə zamanı çoxlu sayda şəhid verdiyini bildirib:

“Dünyada Azərbaycan və Türkiyə qədər şəhid verən ölkə yoxdur. Onlar azadlıq, müstəqillik yolunda canlarından keçiblər”.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi barədə də müzakirələr aparılıb, problemin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə qardaş Türkiyə dövlətinə minnətdarlıq ifadə edilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024