Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-01-2018, 11:32)
Gürcüstan lideri Saakaşvilini əfv etmədi

Gürcüstan lideri Saakaşvilini əfv etmədi

 

Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili qiyabı olaraq ölkəsində mühakimə olunan  Saakaşvilini əfv etmək niyyətində deyil.

Mediatv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Gürcüstan lideri bu barədə “Rustavi-2” teleşirkətinə verdiyi müsahibədə bildirib.

“Mən hansı məntiqə görə Saakaşvilini əfv etməliyəm? Prokurorluq ittihamı hansı şəkildə irəli sürəcəyini, istintaqı hansı şəkildə aparacağını qərarlaşdıra bilmir, hakimlər əfvlə bağlı qanunvericilikdən qanunsuz istifadənin sərhədlərini müəyyən edə bilmir. İndi elə çıxır, Gürcüstan prezidenti əfv etməli və bununla onların səhvini düzəltməlidir?”, - deyə Marqvelaşvili özündən çıxıb.

“Əfv etmə - məhkəmə səhvinin düzəlişi deyil, daha çox bir şəfqət aktıdır. Sizcə, bu cür reallığın qarşısında Saakaşvilliyə qarşı müsbət emosiya bəsləyə bilərəm?”, – deyə prezident bildirib.

Gürcüstanın dövlət başçısı keçmiş həmkarını prokurorluq və məhkəmələrin köhnə ənənələr əsasında fəaliyyət göstərdiyi mövcud ədliyyə sisteminin yaradılmasında günahkar bilib. Marqvelaşvilinin sözlərinə görə, hakimiyyət bu cür sistemin kökünü kəsməkdə acizdir.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024