Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Karusel (19-06-2014, 21:26)
Rəhim Qazıyev Elçibəyin köməkçisini -DEBATA ÇAĞIRDI

 

21 il ötsə də, 1993-cü il iyunun 17-də mərhum prezident Elçibəyin Kələkiyə getməsi ilə bağlı  müzakirələr davam edir.  18 iyun  2014-cü il tarixli “Yeni Müsavat” qəzetində   sabiq ölkə başçısının köməkçisi  olmuş Oqtay Qasımov həmin olayla bağlı bir sıra məqamlara toxunub. O.Qasımov  o dönəmdə yaranmış situasiyanın bəzi gerçəkliklərinə görə Elçibəyin Kələkiyə getməkdən savayı çıxış yolunun qalmadığını bildirib.  O, misal olaraq 13 iyun 1993-cü ildə Rəhim Qazıyev, Etibar Məmmədov  və Rəsul Quliyevin  iştirakı ilə Müdafiə Nazirliyində  keçirilmiş müşavirədə ordunun siyasi proseslərə qarışmaması barədə qərar verilməsi ilə  eks-prezidentin faktiki olaraq müdafiəsiz qalmasını göstərib.  

 Açıqlamada adı hallanan  Rəhim Qazıyev Hafta.az-ın əməkdaşı ilə söhbətində  sabiq prezident köməkçisinin hadisələri təhrif etdiyini  söylədi. Onun sözlərinə görə, sözügedən müşavirə 1993-cü il iyunun 13-də yox, 17-də keçirilib.  “Ondan 10 gün əvvəl isə  mən eks-prezident  Elçibəylə görüşüb ona xahiş etdim ki, gəlin. Mənimlə və İsmayıl Şıxlı, İmam Daşdəmirov  və s.  ilə birgə  Gəncəyə gedək.  Çünki oradakı qardaş qırğınında ölən də, öldürən də xalqımızın övladlarıdır,  ermənilərə qarşı vuruşmuş qeyrətli balalarımızdır. Ancaq oraya nə siz, nə baş nazir, nə də spiker gedibdir.  Təəssüf ki,  Elçibəy  Gəncəyə getməyin təhlükəli olduğunu deyərək razılaşmadı. Dedim ki, bəy, sizə yalan informasiya verirlər, orada heç kəs sizə güllə atan deyil, atsalar da, mən sinəmi qabağa verərəm. Elçibəy yenə razılaşmadı.  Mən isə dedim ki, belə getsə, siz 10 gündən çox bu kabinetdə otura bilməyəcəksiz. Elə də oldu. Və  ayın 17-də mən keçmiş  müdafiə naziri və deputat kimi nüfuzumdan istifadə edərək,  Rəsul Quliyev və Etibar Məmmədovla  birgə  MN-in  akt zalında  Baş Qərargahın  aparıcı zabitləri ilə görüşərək onlara  çatdırdım ki, parlamentin qərarı olmadan sizin heç bir kəsin əmri ilə döyüş gedən bölgələrdən qoşunları çıxarıb, daxili münaqişəyə qatmağa ixtiyarınız yoxdur. Sabah  yeni torpaqlar işğal edilsə, siz cavabdehsiniz.

 

Biz MN-dən çıxandan sonra Baş Qərargahdan prezidentə telefonoqram göndərilib ki, cənab prezident, biz sizin döyüş bölgələrindən qoşunları çaxarmaq barədə əmrinizi icra etməyəcəyik. Bundan xəbər tutan Elçibəy isə qəzəblənərək iyunun 17-dən 18-ə keçən gecə Kələkiyə yollanıb…”.

Sonda sabiq müdafiə naziri bildirdi ki, əgər Oqtay Qasımov dediklərimlə razılaşmırsa, onu istənilən vaxtda, istənilən şəxslərin iştirakı ilə debata çağırıram.

 

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024