Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (29-12-2017, 11:40)
Azərbaycandan Aİ-nin ATƏT-dəki nümayəndəliyinə etiraz

Azərbaycandan Aİ-nin ATƏT-dəki nümayəndəliyinə etiraz

 

ATƏT-in Daimi Şurasının 1169-cu iclasında Vyanada keçirilən növbəti iclasında Azərbaycan nümayəndə heyəti Avropa Komissiyasının Avropa qonşuluq siyasəti və genişləmə danışıqları üzrə komissarı Yohannes Hahna cavab olaraq bəyanatla çıxış edib.

Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki, bəyanatda  Azərbaycan Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətlərin yüksək qiymətləndirildiyi qeyd olunur. Bəyanatda o da xüsusi qeyd olunub ki, Aİ və üzv dövlətlər Azərbaycanın əsas ticarət və investisiya tərəfdaşlarıdır.

Azərbaycanın nümayəndə heyəti qeyd edib ki, prezident İlham Əliyevin 2017-ci ilin fevralında Brüsselə səfəri qarşılıqlı münasibətlərin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib. Bu görüş Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdə yeni bir fəsil açıb. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da öz növbəsində Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişinin qarşılaşdığımız yeni qlobal, siyasi və iqtisadi maraqları və eləcə də, önümüzdəki çətinlikləri nəzərə alaraq, əlaqələrimizin əhatəsini genişləndirəcəyinə ümid ifadə edib.

Azərbaycan tərəfinin çıxışında təəssüflə qeyd edilib ki, ikitərəfli münasibətlərdə müsbət dinamikanın müşahidə olunmasına baxmayaraq, bu, ATƏT çərçivəsində öz əksini tapmır. Vyanada yerləşən Avropa İttifaqı nümayəndəliyi Azərbaycanla dialoqa və əməkdaşlığa az maraq göstərir və ATƏT-i qarşıdurma və ittihamlar üçün bir platforma kimi görür. Azərbaycan tərəfinin davamlı sorğularına baxmayaraq, Aİ nümayəndə heyəti tərəfindən Azərbaycan üçün ciddi narahatlıq törədən məsələlərdən biri olan təhlükəsizlik və münaqişə ilə bağlı məsələlərdə narahatlıqlarımızı aradan qaldırmaq istiqamətində addımlar atılmayıb.

Aİ-nin ATƏT-dəki nümayəndəliyi beynəlxalq hüquqa əsaslanan və ATƏT-ə üzv olan ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına, onların suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini müdafiə etsə də, nədənsə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə prinsipial mövqe nümayiş etdirmir. Avropa İttifaqı nümayəndəliyi Bakıda və Brüsseldə yüksək səviyyəli görüşlərdə yüksək çinli Aİ rəsmiləri tərəfindən Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə ifadə edilən dəstəyi təkrarlamaqdan yayınır: “Aİ-nin ATƏT-dəki nümayəndə heyətinin bu ikili yanaşması narahatlıq qaynağı olaraq qalır və heç bir şəkildə qarşılıqlı anlaşma və əməkdaşlığı genişləndirmək üçün ən yüksək siyasi səviyyədə müəyyən edilmiş ümumi məqsədimizə kömək etməyəcək”.

Qeyd edilib ki, Azərbaycan tərəfi hər zaman dialoqa hazırdır və bu istiqamətdə zəruri addımların atılacağına ümid edir.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024