Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-06-2014, 10:30)
“Ukraynanın da Azərbaycan kimi torpağı işğal edilib“

"Azərbaycan Ukraynanın bu çətin günündə ona kömək etməyə hər an hazırdır"


Ukraynanın Truskovetsk şəhərində Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı fəaliyyətə başlayıb.

Bu gün Alyansın regional ofisi şəhər sakinlərinin və burada yaşayan azərbaycanlıların ixtiyarına verilib.

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədovun sözlərinə görə “Karpatı” hotelinin 2-ci mərtəbəsində yerləşən ofisdə Azərbaycanın atributları asılıb, Azərbaycana aid siyasi və ədəbi kitablar qoyulub.

Baş ofisi Ukrayna paytaxtı Kiyevdə yerləşən Alyans Azərbaycan diasporunun problem və qayğılarını həll etməyə, yerli əhaliyə Azərbaycanın mədəni və tarixi irsi haqda bilgiləri çatdırmağa, Azərbaycan musiqisini təbliğ etməyə çalışacaq.

Elmar Məmmədov ofisin açılışı zamanı yerli mətbuata bildirib ki, Azərbaycan Ukraynanın bu çətin günündə ona kömək etməyə hər an hazırdır.

“İndi Ukraynanın da Azərbaycan kimi itirilmiş torpağı var. Krım işğal edilib. Qonşu Gürcüstanda da Abxaziya ilə Cənubi Osetiya ələ keçirilib. Bütün bu problemlərin həll edilməsi üçün hər üç xalqın nümayəndələri birgə fəaliyyət göstərməlidir”, - deyə Alyansın sədri bildirib.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024