Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Karusel (18-06-2014, 21:23)
Azərbaycanda bütün “Araz” kursları bağlandı - Qərar

Azərbaycanda bütün “Araz” kursları bağlandı - Qərar

 

Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib. 

                                                   

Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib. “Mediatv.az”ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yaydığı məlumatda bildirilib.

Məlumata görə, ARDNŞ Azərbaycan Respubikasının milli neft şirkəti kimi beynəlxalq aləmdə rəqabət qabiliyyətinin artırılması, fəaliyyətinin səmərəliliyinin təmin edilməsi və aparıcı neft şirkətləri sırasına çıxmaq üçün ardıcıl islahatlar həyata keçirir: “Bu islahatlar bir sıra yeni iş yerlərinin açılması, yeni istehsal sahələrinin yaradılması ilə yanaşı, az səmərəli biznes proseslərinin aradan qaldırılması zərurətini də yaradır. Bu tələblər bazar iqtisadiyyatı prinsiplərinə, nüfuzlu, beynəlxalq audit şirkətlərinin tövsiyələrinə, ARDNŞ-nin risklərin idarə edilməsi siyasətinə uyğun olaraq müəyyən edilir. Az səmərəli biznes proseslərinin təkmilləşdirilməsi, bir qayda olaraq dəyişikliklərin aparılmasını şərtləndirir. Respublikada və azərbaycanlıların kompakt yaşadığı xarici ölkələrdə məktəb yaşlı uşaqlara, yeniyetmələrə və gənclərə özəl təhsil müəssisələri vasitəsi ilə müvafiq qaydada Azərbaycan Respublikasının təhsil standartlarında və beynəlxalq standartlarda, milli və mənəvi dəyərlərimizi qorumaqla bütün təhsil səviyyələrində təhsil xidməti göstərmək, yeniyetmə və gənclərə ümumi orta təhsilə, ali təhsilin bakalavr və magistr mərhələlərinə hazırlıq xidmətləri təşkil etmək, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş və qadağan olunmayan digər fəaliyyətləri həyata keçirmək məqsədi ilə ARDNŞ-nin həmtəsisçi olduğu “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyi (ABTM) yaradılıb.

Son dövrlərdə aparılan dəyişikliklər nəticəsində ABTM hüquqi cəhətdən ARDNŞ-nin strukturuna daxil olan qurum statusu əldə edib. Odur ki, Birliyin strukturunda müvafiq dəyişikliklər edilməsinə zərurət yaranıb. 

Bu səbəbdən ABTM-nin təsisçilərinin ümumi yığıncağının 18 iyun 2014-cü il tarixli qərarı ilə Birliyin təsisçisi olduğu Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) nəzdində fəaliyyət göstərən “Araz Kursları” MMC, onun təsisçisi olduğu digər qurumların və ümumtəhsil məktəblərinin fəaliyyəti ilə bağlı ABTM-də yaranmış əlavə xərclərin qarşısının alınması və bu layihənin maliyyə və idarəetmə baxımından mürəkkəbliyini nəzərə alaraq qeyd olunan qurumların ləğv edilməsi məqsədəmüvafiq hesab edilib. Birliyin ümumi yığıncağında o da qeyd olunub ki, “Araz Kursları” MMC-nin fəaliyyəti ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatanadək davam etdiriləcək və ABTK-da təhsil alan və əmək münasibətlərində olan şəxslərin hüquqları və qanuni mənafeləri qanunvericiliyə uyğun şəkildə təmin olunacaq. Belə ki, hər bir təsisatda təhsil alan və çalışan şagird və pedaqoji heyətin yeni dərs ili başlayanadək müvafiq qaydada yerləşdirilməsi üçün lazımi tədbirlər görüləcək".

Qeyd edək ki, Araz” kursları Fətullah Gülənə məxsusdur.

 

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024