Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-06-2014, 23:53)
Qazaxıstan qoşunları Qarabağda yerləşdiriləcək

 

“Bakıdan dərhal sonra İrəvana gedəcək Lavrov burada Sərkisyana daha geniş əməkdaşlıq təklif edəcək”. «Arannews»in yazdığına görə, bu iddia ilə Ermənistan mətbuatı çıxış edib. Mətbuat Rusiyanın XİN başçısı Sergey Lavrovun Bakıdakı görüşlərinin qızğın olacağını bildirib: “Lavrov Bakıda prezident İlham Əliyevlə görüşəcək. Çox güman ki, görüş Azərbaycanın Avrasiya İttifaqının qəbulu məsələsi ilə əlaqədar olacaq. Bakı da sadəcə Lavrova söz verə bilər. Amma bu da sözdən o yana keçməyəcək. Bundan sonra isə Lavrova şərtlər irəli sürəcək. Ehtimal var ki, ən böyük tələb Qarabağla Ermənistan sərhədinə türkəsilli Qazaxıstan əsgərlərinin yerləşdirilməsi olacaq. Bu isə Ermənistanın uduzması deməkdir. Bakıdan dərhal sonra İrəvana gələcək Lavrov burada Sərkisyana daha geniş əməkdaşlıq təklif edəcək. Bəs bu əməkdaşlıq nədən ibarət olacaq? Sadəcə, daha çox Rusiya qoşunlarının Ermənistana gətirilməsi prezidentdən istəniləcək. Bu isə heç kimin marağına cavab vermir. ATƏT məhz bunun üçün Qarabağda öz nümayəndəliyini açmaq istəyəcək. Xankəndidə öz sülhməramlılarını yerləşdirməyə çalışan Moskva təsir dairəsini itirməmək üçün buna mane olmağa çalışacaq. Əgər bu sülhməramlılar gəlsə, ATƏT Xankəndidə baş ofis məsələsini aktivləşdirəcək

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024