Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (29-05-2014, 21:46)
Passiv deputatların siyahısı açıqlandı - Siyahı

 

Milli Məclisin (MM) növbəti - 2014 cü il yaz sessiyası artıq başa çatmaqdadır. Mayın 30-da yaz sessiyasının sonuncu plenar iclasıdır. 

İyun ayında cəmi iki və ya 3 iclasdan ibarət olması gözlənilən növbədənkənar sessiyanı nəzərə almasaq, artıq indidən Milli Məclisin deputatlarının yay tətilinə, istirahətə çıxdıqlarını və çıxmağa hazırlaşdıqlarını söyləmək olar. Ancaq bu zaman daim rastlaşdığımız ənənəvi bir sual ortaya çıxır - yəni, parlamentarilər bu sessiya ərzində üzərlərinə düşən işlərin öhdəsindən gələ bildilərmi, parlamentin plenar və komitə iclaslarında çıxış etdilərmi, təklif irəli sürdülərmi? Yaxud, qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək, hansısa qanun layihəsini hazırlayıb onu Milli Məclis Aparatına və üzv olduqları komitələrə təqdim etdilərmi və ya hansısa qanunvericilik aktının qəbulu istiqamətində ciddi, ardıcıl təşəbbüsdə bulundularmı?

Bununla yanaşı, ölkəni, cəmiyyəti, seçicini düçündürən, narahat edən məsələləri cari məsələlərin müzakirəsi zamanı dilə gətirdilərmi, Azərbaycanı , Milli Məclisi beynəlxalq qurumlarda layincə təmsil etdilərmi? Təəssüflər olsun ki, bu suala bu dəfə də birmənalı və tam müsbət cavab vermək mümkün deyil və mümkün olmur. Yenə də ənənəvi, hər zaman müşahidə etdiyimiz mənzərədir. Bundan əvvəlki sessiyalarda fəallıqları, qismən fəallıqları və fəaliyyətsizlikləri (passivlikləri) ilə seçilən deputatların sırası bu sessiyada da dəyişmədi, yaz sessiyasında da onların yerdəyişməsi baş vermədi. Bu baxımdan, Milli Məclis deputatlarını məlum 3 qrupa - fəal, qismən fəal və qeyri-fəal (passiv) olanlara bölmüş olsaq, o zaman belə mənzərə yaranmış olar:

Fəal deputatlar-Mehriban Əliyeva,Zahid Oruc,Bahar Muradova,Oqtay Əsədov,Ziyafət Əsgərov,Rafael Cəbrayılov,Hadı Rəcəbli,Aydın Mirzəzadə,Siyavuş Novruzov,Mübariz Qurbanlı,Fazil Mustafa,İqbal Ağazadə,Qüdrət Həsənquliyev,Fəzail Ağamalı,Azay Quliyev,Əli Hüseynli,Eldar İbrahimov,Qənirə Paşayeva,Rəbiyyət Aslanova, Sabir Rüstəmxanlı, Fuad Muradov, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Əli Məsimli, Vahid Əhmədov, Musa Quliyev.

Qismən fəal deputatlar-Səməd Seyidov, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Valeh Ələsgərov, Nizami Cəfərov, Arif Rəhimzadə, Rövşən Rzayev, Ziyad Səmədzadə, Leyla Abdullayeva, Çingiz Qənizadə, Abel Məhərəmməov, Musa Qasımlı, Aydın Abbasov, Çingiz Əsədullayev, Asim Mollazadə, Azər Badamov, Tahir Rzayev, Fəzail İbrahimli, Şəmsəddin Hacıyev, Gövhər Baxşəliyeva, Zeynəb Xanlarova, Elman Məmmədov, Elton Məmmədov, Ceyhun Osmanlı, İlham Məmmədov, Əhliman Əmiraslanov, Rafael Hüseynov, Etibar Hüseynov, Xanhüseyn Kazımlı, Aqil Abbas, İlham Əliyev.

Qeyri-fəal (passiv) deputatlar-Hacı Madər Musayev, Sabir Hacıyev, İcmayıl Hacıyev, Sevinc Hüseynova, Sədaqət Vəliyeva, Mixail Zabelin, Tahir Süleymanov, Vasif Talıbov, İsa Həbibbəyli, Mahir Aslanov, Arif Əşrəfov, İmamverdi İsmayılov, Hacı Qalib Salahzadə, Nazim Fərəcov, Nəriman Əliyev, İqbal Məmmədov, Azər Kərimli, Rüfət Quliyev, Hacı Salayev, Aslan Cəfərov, Rüstəm Xəlilov, Fərhad Qəribov, Gülçöhrə Məmmədova, Aqiyə Naxçıvanlı, Əhməd Vəliyev, Ülvi Quliyev, Flora Qasımova.

Yeri gəlmişkən, qarşıdan-təxminən ilyarım sonra Azərbaycanda növbəti-beşinci çağırış parlament seçkiləri gəlir. Odur ki, düşündürücü və seçim etmək, qərar qəbul etmək üçün əsl real mənzərədir.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024