Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (29-05-2014, 12:21)
Fransa prezidentindən İlham Əliyevə məktub

Fransa Prezidenti Fransua Olland 28 May- Respublika Günü ilə bağlı president İlham Əliyevə təbrik məktubu göndərib


Fransa dövlət başçısı Respublika Günü münasibətilə prezident İlham Əliyev və bütün Azərbaycan xalqını təbrik edib: “Bu yaxınlarda Bakıya səfərim zamanı mənə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə Sizə bir daha səmimi minnətdarlığımı bildirirəm.

Ümid edirəm ki, iyirmi ildə baş vermiş dəyişikliklərlə böyük təəssürat yaradan ölkəniz müasirlik və rifah yolunda irəliləməyə davam edəcəkdir.

Azərbaycanın ilk dəfə olaraq Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi ölkənizə bu təşkilatın müdafiə etdiyi dəyərlərə bağlılığının ölçüsünü göstərməyə fürsət yaradacaqdır.

Son illərdə ölkələrimiz arasında əsl tərəfdaşlığın möhkəmlənməsi üçün dostluğu və əməkdaşlığı gücləndirə bilmişik. Səfərim zamanı Sizinlə söhbətimizdə qeyd etdiyimiz kimi, bu əməkdaşlığı konkret layihələrlə, xüsusilə də iqtisadiyyat, elm və ali təhsil sahələrində daha da dərinləşdirməkdə və şaxələndirməkdə davam etdirməyimizi arzulayıram.

Eyni zamanda, Fransanın Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həllində aktiv fəaliyyətini davam etdirəcəyinə əmin ola bilərsiniz.

Cənab Prezident, Sizdən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024