Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Gündəm (24-06-2017, 10:04)
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının növbəti təlimi keçirilib

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının növbəti təlimi keçirilib

 

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin “Qafqaz qartalı - 2017” birgə təlimləri davam edir.

Mediatv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Tiflis yaxınlığındakı Vaziani poliqonunda keçirilən təlimlərin növbəti mərhələsində üç ölkənin hərbçiləri şərti hədəfin məhv edilməsi, girovların azad edilməsi, yaralıların təxliyə olunması və digər tapşırıqları yerinə yetiriblər.

Təlimlərdə həmçinin hava komponentlərindən istifadə olunub.

Təlimləri Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Zaza Çxaidze, Xüsusi təyinatlı qüvvələrin komandiri, polkovnik Dmitri Kiknadze və Türkiyənin Gürcüstandakı səfiri Zəki Levent Gümrükçü izləyiblər.

“Qafqaz qartalı 2017” birgə hərbi təlimi artıq üçüncü dəfədir keçirilir. Təlimlərin məqsədi üç ölkənin xüsusi təyinatlı qüvvələri arasında əməkdaşlıq və qarşılıqlı əlaqənin dərinləşdirilməsi, bilik və təcrübələrin əldə olunmasıdır.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024