Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (11-01-2017, 09:14)
Azərbaycanı İŞİD-lə müharibəyə cəlb etmək planı

Azərbaycanı İŞİD-lə müharibəyə cəlb etmək planı

 

Kəşfiyyat orqanları vaxtaşırı rəsmi Bakının “nəbzini” yoxlamaqla nə məqsədi güdür?; politoloqdan xəbəri yayan “dunyanews”lə bağlı ilginc açıqlamalar

 

 
Mediatv.az:  Rəsmi Bakının İŞİD-ə qarşı mübarizəni özünün prioriteti hesab edən İslam Hərbi Alyansına daxil olmasına razılıq qərarı verdiyi barədə xəbər Azərbaycan XİN tərəfindən təkzib  edilsə də, bu mövzu ilə bağlı müzakirələr davam edir.
Xüsusilə də xəbərin Azərbaycanın ən yaxın müttəfiqlərindən olan Pakistan dövlətinə məxsus media qurumunda - “dunyanews”də yayılması suallar doğurdu. İlkin baxışda burada qeyri-adi bir şey olmadığını demək olardı. Lakin söhbət Azərbaycanı da vaxtaşırı təhdid edən terrorçu bir təşkilata qarşı açıq müharibə aparacağını bəyan edən alyansa üzvlükdən gedir ki, bu da “arı yuvasına çöp soxmaq” anlamını verir. Düzdür, Azərbaycan özü də terrordan əziyyət çəkən bir ölkədir və antiterror koalisiyasının üzvü olaraq qalır.  Ancaq Qoşulmamaq Hərəkatının üzvü olduğu halda, Bakının hansısa bir hərbi alyansa üzv olmağa qərar verdiyi xəbəri sağlam niyyətlərə xidmət etmir. 
 
Image result for Arzu Nağıyev
 
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a  bildirdi ki, belə bir alyansın yaradılması təqdirəlayiqdir: “Məlumdur ki, İslam Hərbi Alyansı adlanan qurum 34 İslam dövlətinin yaratdığı hərbi bir blokdur,  əsas məqsədi isə İŞİD və ümumiyyətlə, terrorla mübarizədir. Bu alyansın yaradılması haqqında Səudiyyə Ərəbistanı bir il öncə, daha doğrusu, 2015-ci ilin dekabrında bəyanat yaydı. Maraqlı məqam ondan ibarətdir ki, İŞİD-in fəaliyyətindən ən çox zərər çəkən İraq və Suriya bu alyansa qoşulmadı. Bundan başqa, İran və Oman da burada təmsil olunmurlar. Hətta Pakistan və bir sıra dövlətlər də bu alyansa üzv olduqlarından sonradan xəbər tutublar. İslam inanclı olmayan bir neçə dövlətin də buraya daxil olması maraqlı məqamlardandır. Yəni bu alyansda müəmmalı məqamlar mövcuddur. 
Image result for İŞİD
Təsəvvür edin ki, istər Suriya, istərsə də İraq ərazisində İŞİD-lə mübarizə aparmaq üçün alyans bu dövlətlərdən icazə almalıdır. Yəqin ki, bu koalisiyanın yaranmasına əsas səbəb ABŞ-ın bir müddət əvvəl məhz ərəb dövlətlərinin İŞİD-ə qarşı mübarizəsində daha maraqlı olmasından danışmasıdır. Rusiya isə bu koalisiyanın yaranmasına ehtiyatla yanaşdı”.  Azərbaycana gəldikdə, A.Nağıyev hesab edir ki, bu alyansın dəqiq bir məqsədi olmadığı üçün quruma münasibətdə ehtiyatlı olmaq tələb olunur: “Bu gün Azərbaycanın dəqiq məram və məqsədi olmayan belə bir alyansa daxil olması bir tərəfdən müsbət hal olsa da, digər tərəfdən mənfi bir tendensiyalardan sığortalanmaması deməkdir. Söhbət heç də İŞİD təhdidlərindən və ya digər problemlərdən getmir. Sadəcə olaraq, tam şəkildə bu alyansın strukturuna, məqsədinə aydınlıq gəlmədiyi üçün hərtərəfli təhlil edilməsinə ehtiyac var”.
Image result for İŞİD
Politoloq Elçin Mirzəbəyli isə “Yeni Müsavat”a açıqlamasında məlumatı ilk olaraq dövriyyəyə buraxan xarici media qurumu ilə bağlı ilginc məlumatlar verdi və şübhələrimizin əbəs olmadığını təsdiqlədi: “"Dunyanews” Pakistanda 24 saat yayımlanan televiziya və internet media şəbəkəsidir. 2008-ci ildə yaradılıb. Şəbəkəyə ABŞ demokratları ilə yaxından əlaqəsi olan, bu ölkənin bir çox ştatları ilə media sahəsində əməkdaşlıq edən Amer Mahmud adlı siyasətçi və köşə yazarı rəhbərlik edir. Amer Mahmud Çikaqonun sabiq meri, ABŞ demokratlarının təmsilçisi, öz ölkəsinin nüfuzlu siyasətçilərindən olan Riçard Maykl Deyli ilə sıx əlaqələrə malikdir. Amer Mahmud bu əlaqələrə Pakistanın Lahor vilayətinin meri seçildikdən sonra nail olub. Maraqlıdır ki, Amir Mahmudun İranla da yaxın əlaqələri var. Belə ki, Lahor vilayətinin Məşhəd və İsfahan şəhərləri ilə qardaşlaşmasına və yaxın ticarət əlaqələri qurmasına məhz o nail olub". Politoloq qeyd etdi ki, Pakistanda çoxsaylı telekanallar və digər KİV resursları olduğu halda, “dunyanews” şəbəkəsinin qısa bir müddətdə məşhurlaşmasının da səbəbini məhz Amir Mahmudun şəxsi əlaqələrində axtarmaq lazımdır: “Diqqətinizə çatdırdığım məlumatları təhlil etdiyimiz zaman Azərbaycanın İslam Hərbi Alyansına qoşulması barədə məlumatların haradan və nədən qaynaqlandığını müəyyənləşdirə bilərik. Bu səbəbdən də mən ”dunyanews.tv" saytı vasitəsilə yayımlanan məlumatda Azərbaycanın adının hallanmasını təsadüfi saymıram. Burada məqsəd İŞİD-in hədələrindən daha çox Azərbaycanın Yaxın Şərq bataqlığına sürüklənməsi ilə də bağlı ola bilər. Digər tərəfdən, İran İslam Hərbi Alyansına aşırı aqressiya ilə yanaşır". 
Image result for Elçin Mirzəbəyli
Bu mənada E.Mirzəbəyli hesab edir ki, Azərbaycanla bağlı məlumat İranın qıcıqlanmasına da xidmət edə bilər: “Yaxud Amir Mahmudun İranla əlaqələrinin də olduğunu nəzərə alsaq, məlumatın məhz Tehrandan ötürüldüyü qənaətinə də gəlmək olar. Ola bilsin ki, İranda hansısa dairələr Azərbaycan əleyhinə daxili arqumentlərini gücləndirmək istəyirlər. Bütün hallarda bu məlumatın daha çox təxribat xarakterli kəşfiyyat məlumatına bənzədiyini deyə bilərik”. Bəs ümumilikdə Bakının sözügedən alyansda təmsilçiliyi reallaşa bilərmi? E.Mirzəbəyli: “Azərbaycanın nə hərbi, nə də təhlükəsizlik doktrinası, eləcə də Qoşulma Hərəkatına üzvlüyümüz bizim belə bir alyansa qoşulmağımıza imkan vermir. Əks təqdirdə, biz digər hərbi-siyasi bloklara qoşulmağımızla bağlı arqumentlərimizin üzərindən xətt çəkə bilərik. Qənaətimə görə, bu informasiya təxribatı daha ciddi şəkildə təhlil olunmalı və nəticə çıxarılmalıdır”.
Image result for Baku
Bu yerdə bir faktı xatırlatmağa lüzum var. Hələ 2015-ci ilin dekabrında da mətbuata belə  bir məlumat sızmışdı ki, Azərbaycan yenə ciddi seçim qarşısında qalıb. O zaman Səudiyyə Ərəbistanı elan etmişdi ki, terrorçuluğa qarşı mübarizə üçün İslam ölkələrindən ibarət koalisiya formalaşdırır. Hətta 34 ölkənin daxil olduğu antiterror koalisiyasının birgə bəyanatı da yayılmışdı. Qeyd olunurdu ki, Səudiyyə Ərəbistanı Azərbaycanı da koalisiyaya dəvət edib. Bu barədə Səudiyyə xarici işlər naziri Adel əl-Cubeyirlə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov arasında aparılmış telefon danışığı zamanı söhbət gedib. XİN-dən deyilmişdi ki, nazirlərin telefon danışığında Azərbaycanın “Terrorçuluğa qarşı İslam dövlətlərinin koalisiyası”na qoşulması məsələsi müzakirə olunub.
Üstündən iki il keçəndən sonra eyni mövzu yenidən gündəmə gətirilib. Görünür, hansısa kəşfiyyat orqanları Azərbaycanı israrla İŞİD-lə müharibəyə cəlb etməyə, bataqlığa salmağa çalışırlar...

 

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024