Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (29-04-2014, 16:39)
Deputat icra başçılarını ittiham etdi

Şəhərsalma və Tikinti Məcəlləsinin 5-ci maddəsinə uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən respublikanın şəhər və rayonlarında inşa olunan yeni tikililərlə bağlı aparılan araşdırma maraq doğurur. Araşdırma zamanı şəhər və rayonların memarlıq xidmətləri (Baş memarları) tərəfindən razılaşdırılmış şəhərsalma sənədləri araşdırılıb. Nəticədə məlum olub ki, bu sahədə mövcud olan qanunvericiliyin, norma və qaydaların tələbləri tez-tez pozulur. Belə ki, tikintisi nəzərdə tutulan obyektlərin konkret ərazidə yerləşdirilməsi ərazi planlaşdırılması baxımından yetərincə əsaslandırılmır, bir çox hallarda yaşıllıqların məhv edilməsinə yol verilir, layihələr mövcud Baş plana və ya müfəssəl planlaşdırma layihəsinə uyğun gəlmir, ərazinin tikinti sıxlığı və şəhərsalma reqlamenti pozulur. Tikintiyə icazə verilməsi barədə qəbul olunan qərarların heç biri Ümumi Tikinti Reyestrinə daxil edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməyib. Müxtəlif layihə təşkilatları və firmalar tərəfindən hazırlanan layihələrin memarlıq planlaşdırma həlləri, istər sənədlərin dəsti, yəni komplekt şəkildə olması baxımından, istərsə də məzmun baxımından mövcud standartların tələblərinə cavab vermir.

Şəhər və rayonların memarlıq xidmətləri tərəfindən ilkin şəhərsalma sənədləri və ayrıc aktları olmadığından layihələndirməyə başlama mürəkkəbləşir və ya mümkün olmur. Buna görə də layihəçilər tərəfindən göstərilən tələbləri pozaraq memarlıq-planlaşdırma göstərişləri və sahələrinin ayrıc aktı olmadan icra hakimiyyəti orqanlarına sifarişçinin istəyi ilə mürəkkəb tiklilərin yalnız "eskiz layihəsi" təqdim olunur ki, bunlar da əsasən həmin İcra Hakimiyyətinin memarlıq xidməti tərəfindən razılaşdırılır.

Aparılan araşdırma və ondan doğa biləcək nəticələr narahatlıq doğurur. Çünki yeni tikililər sırasında yaşayış evləri də mövcuddur. Azərbaycan reallığında isə müvafiq icazə olmadan daşı-daş üstünə qoymağın mümkünsüzlüyü hamıya məlumdur.

Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, hər bir kəs qanunun tələblərinə hörmət etməlidir. V.Əhmədov vurğuladı ki, istənilən tikilinin müvafiq strukturlarla razılaşdırılmış sənədləri olmalıdır: «Tikinti Məcəlləsinə mənzil ilə əlaqədar yeni düzəlişlər edilib. Bu düzəlişlər 13 metrdən aşağı tikililərə şamil edilir. Bu tikililərlə bağlı icra orqanlarına yalnız xəbərin verilməsi yetərlidir».

Bəs yolverilən pozuntulara görə məsuliyyəti kim daşıyr? V.Əhmədov bildirdi ki, ilk növbədə sənədləri müvafiq strukturlara təqdim etməyən vətəndaşlar günahkar olsalar da, məmurlar da baş verənlə bağlı günahsız deyil: «Sənədsiz tikilə aparmağa icazə verənlər də məsuliyyət daşıyırlar. Sənədsiz tikililərlə bağlı məsələ bir zamanlar aktual idi. Hətta bununla bağlı ölkə başçısı da sərəncam verdi. Amma o da məlumdur ki, icra hakimiyyəti və başqa məsul şəxslərin icazəsi olmadan daşı-daş üstünə qoymaq olmaz. Onlar kimin nə tikdiyini gözəl bilirlər. Sənəd olmasa da əvvəlcə razılıq əldə olunur, daha sonra tikili reallaşdırılır. Ona görə bütün bu şəxslər məsuliyyət daşımalıdırlar».
 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024