Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Karusel / Slayd (11-08-2015, 16:06)
“Korrupsiyaya bulaşan hər kəs məsuliyyətə cəlb olunacaq” – Zakir Həsənov

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçi Elçin Behbudov və müavini Elçin Şirinov müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşüb.

E. Behbudov APA-ya bildirib ki, görüşdə komitə tərəfindən aparılan monitorinqin nəticələri barədə müdafiə nazirinə məlumat verib. Hüquq müdafiəçisi Z. Həsənovun diqqətinə çatdırıb ki, Silahlı Qüvvələrdə qeyri-döyüş şəraitindəki itkilər ötən illərlə müqayisədə xeyli azalıb: “Müdafiə nazirinə Silahlı Qüvvələrdə korrupsiyaya qarşı aparılan mübarizə ilə bağlı suallar verdim. Nazir qeyd etdi ki, vəzifəsindən, rütbəsindən və keçmişindən asılı olmayaraq, korrupsiyaya bulaşan hər bir şəxs məsuliyyətə cəlb olunacaq”.
E. Behbudov cəbhədəki son durumla bağlı da Z. Həsənovla fikir mübadiləsi apardığını deyib: “Nazir qeyd etdi ki, cəbhədə təşəbbüs Azərbaycan Ordusunun əlindədir. Azərbaycan Ordusunda ruh yüksəkliyi var və düşmən bunu görür. Ona görə də ermənilər təlaş və qorxu içərisindədirlər: O, “müdafiə naziri kimi sizi əmin edirəm ki, çox yaxın zamanda biz işğal altındakı torpaqlarımızı azad edəcəyik” deyə bildirdi”.
E. Behbudov həmçinin qeyd edib ki, cəbhə bölgəsinə tez-tez səfər edən Z. Həsənov daim hərbçilərin şəraiti ilə maraqlanır: “Nazir dedi ki, əsgərlərin yeməyi, geyimi və şəraiti yaxşıdır. Zabitlərin ev məsələsi də daim diqqət mərkəzindədir və ilbəil bu problemlər də öz müsbət həllini tapır”.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024