Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Karusel (29-06-2015, 21:31)
Türk ordusu hər an Suriyaya girə bilər - (aktual)

İŞİD terrorçuları artıq Türkiyə sərhədinin yaxınlığında səngər qazmağa başlayıblar

Suriyanın şimalında vəziyyət yenidən kəskinləşib. Söhbət İŞİD-in artıq Türkiyə sərhədlərində səngər qazmasından gedir. Bəzi müşahidəçilərə görə, İŞİD-in qəfil Türkiyə sərhədlərinə hücum etmə təhlükəsi var ki, onlar bu yolla türk millətini təşvişə salmaq istəyəcəklər. Ona görə də təklif olunur ki, rəsmi Ankara bəri başdan təhlükəsizliyini təmin etsin, yəni sərhədin güney tərəfində səliqə-sahman yaratsın. Amma bir məsələ var ki, Türkiyədə yeni hökumət formalaşmayıb, parlament hələ işə başlamayıb və sair. Amma Türk Silahlı Qüvvələri yerində qalır və bu səbəbdən də ictimaiyyətin nəzərləri bu quruma dikilib.

PYD Ankaranı oyatdı

Maraqlıdır ki, rəsmi Ankara İŞİD-lə bağlı planlarını əvvəldən hazırlasa da. sonradan sakit və rahat gözləmə mövqeyinə çəkilmişdi. Amma son vaxtlar PYD-nin İŞİD-i Tel Abyaddan çıxararaq Suriyanın şimalındakı Kobani və Cizirə kantonlarını öz nəzarətində birləşdirməsi, bir yandan da İŞİD-in ürəyi sayılan Rakkaya doğru hücumlar təşkil edərək Afrin kantonu ilə Kobani arasındakı Cerablusu almağı hədəfə götürməsi Ankaranı silkələyib və Suriyaya dair məsələləri yenidən gündəmə gətirib. Türkiyənin hakim dairələrində əla bilirlər ki, PYD əgər Cerablusu ələ keçirsə, bütünlüklə Suriyanın şimalını nəzarətə götürəcək. Üstəlik, çoxdankı planlarını gerçəkləşdirəcəklər - Cizirə, Kobani və Afrin kantonlarının birləşməsi ilə dövlətləşməyə doğru əsas işlər görüləcək. Belə bir vəziyyət həm Ankaranın Suriyanın ərazi bütövlüyünün qorunmasına dair planlarını boşa çıxarar, həm də terrorçu kimi tanıdığı PYD-nin Türkiyə sərhədlərini təhlükədə saxlayacaq. 
Bu gün Ankarada müzakirə olunan mövzulardan biri də Cerablusda şiddətli döyüşlər başlayacağı təqdirdə yaranacaq qaçqın axınının qarşısını necə almaq yollarıdır. Ankaranın gündəmində başqa bir mövzu da müzakirə olunmaqdadır. Bu əcnəbi döyüşçülər və İŞİD-lə bağlı beynəlxalq aləmin münasibətidir. Ankarada düşünürlər ki, Cerablusa istiqamətlənmiş həmlənin sadəcə PYD-yə deyil, eyni zamanda İŞİD-ə qarşı edildiyinə dünyanı inandırmaq lazımdır. Maraqlıdır ki, Milli Təhlükəsizlik Şurasında bu planları reallaşdırmaq üçün əsgəri qüvvədən istifadəyə qədər bütün mexanizmlər masadadır.

Təhlükəsiz bölgə planı

Türkiyə Silahlı Qüvvələri ölkənin güney sərhədlərində – Kobanidən Afrinədək olan ərazidə təhlükəsiz bölgə yaratmaq istəyir. Məsələn, Afrinlə Kobani arasındakı Cerablusun Türkiyə ilə təxminən 110 kilometrlik sərhədi var. Bu qədər məsafədə ölkəyə böyük təhlükə ola bilər deyə Ankara sərhəddən Suriyanın içinə doğru 10 kilometr məsafədə silahsız bölgə yaratmağı nəzərdə tutur. 10 kilometr enində təhlükəsizlik zonası yaratmaq üçün isə türk ordusunun təxminən 30 kilometr dərinliyində əməliyyat keçirməsi lazımdır. 
Deyilənə görə, bu gün İŞİD Mare xəttini alaraq Türkiyə sərhədindəki Öncüpınar və Cilvəgözü qapılarına qədər uzanan əraziləri ələ keçirməyi məqsəd güdür. Bəşər Əsəd rejimi də olduqca strateji əhəmiyyəti olan bu xəttə nəzarət uğrunda çarpışır. Amma İŞİD-dən və Əsəddən fərqli olaraq Azad Suriya Ordusu adıçəkilən bölgəyə nəzarət edir. Bu Türkiyənin də maraqlarına uyğundur. Hətta Ankarada düşünürlər ki, Azad Suriya Ordusu Cerablusu ələ keçirərsə, dövlətin güney sərhədləri daha çox rahat olar. 
Yeri gəlmişkən, müşahidəçilərin dediyinə görə, günümüzdə Türkiyə ordusu Suriya ilə sərhəddə 40 kilometr məsafədəki obyekti dəqiq məhv edən toplar yerləşdirib, üstəlik, böyük həcmdə raket qurğuları yerləşdirib və sərhədlər havadan da ciddi müdafiə olunur. Bu isə dövlətin istənilən an hücuma keçə biləcəyinə inam yaradır. Qeyd edək ki, hazırda sərhədin şimalında 50 min türk əsgəri hücuma keçmək üçün əmr gözləyir.

ABŞ-dan təklif

Amma bir fakt da var ki, Türkiyənin Suriya ilə sərhədində baş verənləri nəzərə alan ABŞ Ankaraya təklif edib ki, 2007-ci ildən bu yana iki ölkə arasında qüvvədə olan kəşfiyyat məlumatlarının mübadiləsinə dair qərara uyğun olaraq istifadə edilən beş pilotsuz təyyarədən ikisini silahlandırsın. Təbii ki, baş qərargah Pentaqona razılıq versə də, son qərarı hökumətin ixtiyarına buraxıb. Əlbəttə, «Predator» adlanan pilotsuz kəşfiyyat-zərbə təyyarələrinin silahlandırılması məsələsi tezliklə həll olunmayacaq. Çünki hökumətin formalaşdırılması o asan görünmür.

İcazə almalıdır…

İndi qalır bir vacib məsələ – bəzi ölkələrlə məsləhətləşmək ki, Ankara bütün hallarda bunu etmədən Suriyaya qarşı hərbi əməliyyata başlamayacaq. Söhbət ondan gedir ki, İran, Rusiya və əlbəttə, ABŞ-la diplomatik danışıqlara gedilməli və sərhədin qarşı tərəfində təhlükəsiz bölgə yaratmağın yolları onlarla birlikdə araşdırılmalıdır. 
Əslində hələlik sərhəddə elə ciddi hərəkət hiss olunmur. Amma bu bir faktdır ki, Türkiyə hökuməti beynəlxalq qaydalara uyğun olaraq Əsəd rejimi ilə yanaşı İŞİD-lə bağlı da «bütün hərəkətlərə qarşılıql» qərarını verib. Yəni hər dəfə İŞİD-in mövqelərinə zərbə vurmaq lazım gələndə ordu Ankaradan icazə almayacaq. Bundan sonra Əsəd əsgərləri kimi İŞİD-çilər də sərhədə müəyən məsafədə yaxınlaşanda, elə Suriya ərazisindəcə yerlərindəcə məhv ediləcəklər. 
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə təyyarasi Əsəd rejimi tərəfindən vurulandan sonra Ankara haqqında danışdığımız «atəşə atəşlə» qərarını verdi və bu müddətdə Suriyadan atılan hətta təsadüfi olan mərmilərə uzaqvuran toplarla cavab atəşi açılıb, bu ölkənin sərhədə yaxınlaşan helikopteri və pilotsuz uçan aparatları vurularaq, salınıb.

Xəndək davası

Bu arada o da məlum olub ki, artıq İŞİD Türkiyədən gözlənilən mümkün hücuma qarşı dirənmək üçün bu ölkənin sərhədləri yaxınlığında yerləşən və nəzarətindəki kəndlərin ətrafında 4 metr dərinliyində, 2-3 metr enində xəndəklər - səngərlər qazmağa başlayıb.Bu barədə Suriya azadlıq Ordusunun komandanlarından olan Mahmut Hasan bildirib. M.Hasanın məlumatına əsasən, İŞİD artıq Şuveyrin, Dabık, Rail, Çobanbəy, İrşaf və Toybuk kəndlərinin ətrafında səngərlər qazıb…
Bu da çox maraqlı məqamdır ki, Türkiyənin hücum qərarından sonra türk əsgəri sərhədi keçmədən, Ankaranın dəstəklədiyi Azad Suriya Ordusu dünən səhər sahur yeməyindən sonra İŞİD-in mövqelərinə 25 kilometr məsafədə hücuma keçib. Hücüm əməliyyatları Harcələ kəndindən başlayıb Savran, Dabık, Sinibil, Ahtarin, Ummul Kura, Tuglu, Vahşiyyə, Adiyə, Toybuk, Um Huş kəndlərinə qədər geniş ərazini əhatə edib. Hücumda ağır silahlardan istifadə olunur və üstəlik, digər silahlı birləşmələr – «Ahraru Şam», «Ən-Nusra» Cəbhəsi və «Cəbhə Şamia» da İŞİD-ə qarşı əməliyyatlara start veriblər. 
Əlavə edək ki, Suriyada özünə qarşı hücumların artdığını görən İŞİD artıq İraqdakı əsas birliklərini bu ölkədəki mövqelərinə göndərməyə başlayıb…

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024