Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (27-03-2015, 20:28)
"Tarixdəki matəm günləri ləğv edilsin" - Deputatdan təklif

“Tez-tez işlətdiyimiz Türk Dünyası termini reallığa uyğun gəlimir. İngilis dünyası var, yəhudi dünyası var, rus və ya çin dünyası var, ancaq Türk dünyası hələ ki, arzu olaraq qalır”. 


Aznews.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Azərbaycan-Türkiyə Evinin (ATEV) Mahmud Kaşğari Türklük Onur Ödülünün təqdimetmə mərasimində səsləndirib. 

O, türk dünyasının yaranması üçün hələ uzun illərin tələb olunduğunu vurğulayıb: “Tez-tez işlətdiyimiz Türk Dünyası termini reallığa uyğun gəlimir. Hazırda Dünyada yaşayan türklər var, ancaq türk və yaxud müsəlman dünyası yoxdur. İngilislər və yəhudilər barmaqları ilə sözün məcazi mənasında bu dünyanı fırlayırlar, biz isə firlayan deyilik, fırlananıq. Ona görə də Türk dünyasının yaranması üçün hələ uzun illər çalışmalıyıq”. 

Fazil Mustafa Türk Dünyasının yaranması üçün ilk növbədə tarixdəki matəm günlərinin ləğv edilməsinin vacibliyini vurğulayıb. 

“Başlamalı olduğumuz işlərdən birincisi tariximizdə, bu günümüzdə bütün matəm günlərini ləğv etməkdir. Bu qədər ağlamaqla normal düşüncə sahibi olmaq tərs mütənasibdir. Qısacası melanxolik bir millət olmaqdan qurturmalıyıq. Bir də bu qədər problemi olan bir xalq, millət, dövlət bir bayramda 9 gün istirahət edirsə, demək hələ də uzun illər ingilislərin, yəhudilərin, rusların, farsların barmağı ilə fırlanmalı olacağıq. Çünki dəyişmək istəmirik”- deyə millət vəkili əlavə edib.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024