Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (27-03-2015, 15:32)
ABŞ Konqresində Azərbaycan, Ermənistan və... milyonlar söhbəti

Martın 25-də Vaşinqtonda ABŞ Konqresinin dövlət, xarici əməliyyatlar və əlaqədar proqramlar üzrə altkomitəsində Konqres üzvü Kay Grangerin sədrliyi altında dinləmələr keçirilib

 

Dinləmələrdə ABŞ-da fəaliyyət göstərən bir sıra təşkilatlar komitəni öz fəaliyyətləri barədə məlumatlandırıb və hesabatlarını təqdim ediblər.
Virtualaz.org-un “Amerikanın səsi”nə istinadən məlumatına görə, ifadə verənlərin sırasında Save the Children, İnternews və UNİCEF kimi təşkilatlar yer alıblar. Bundan əlavə, Amerika Erməni Assambleyasının icraçı direktoru Brayan Arduni, Amerika-Ermənistan Milli Komitəsinin hökümət məsələləri üzrə direktoru Keyt Nahapetyan, eləcə də ABŞ Azərbaycanlıları Şəbəkəsi heyətinin üzvü Bədir Məmmədli çıxış ediblər.
B. Arduni Türkiyə və Azərbaycanın Ermənistana qarşı tətbiq etdiyi sərhəd blokadasına görə Ermənistanın iqtisadi ziyana uğradığını və bunun öhdəsindən gəlmək üçün ABŞ hökümətindən 40 milyon dollarlıq yardım istəyib. Bundan əlavə, Arduni Azərbaycan-Ermənistan sülh danışıqlarında Dağlıq Qarabağın da iştirakının bərpa edilməsini təklif edib. Daha sonra çıxış edən Keyt Nahapetyan ABŞ-Ermənistan münasibətlərindən, son iki ildə baş verən atəşkəs pozuntularından danışıb və ABŞ-ın Azərbaycana hərbi dəstəyi dayandırmasını vurğulayıb.
ABŞ Azərbaycanlıları Şəbəkəsi adından çıxış edən B. Məmmədli xanım Grangeri ABŞ-ın Azərbaycan və Ermənistana ayırdığı yardımında balanssızlıq və Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb. O, həmçinin bildirib ki, ABŞ Ermənistana hərbi yardım göndərməklə həm də Rusiyanın başçılıq etdiyi hərbi ittifaqa dəstək verir.
B. Məmmədli ABŞ-ın Ermənistana maliyyə yardımının Ermənistanın Dağlıq Qarabağın işğalını möhkəmləndirməyinə kömək etdiyi üçün bu yardımın dayandırılmasının zəruriliyini vurğulayıb.
шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024