Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (25-03-2015, 16:20)
Nizami Cəfərov: “Bunun başqa izahı yoxdur“

“İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi dünyada çoxlarını sevindirsə də, müəyyən qüvvələri sevindirmir. Ona görə də istər-istəməz müxtəlif səviyyələrdə qarayaxmalar, bu oyunların uğursuz alınmasına yönələn cəhdlər var”

 

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Nizami Cəfərov deyib.
 
O, qeyd edib ki, bu cəhdlər Azərbaycanın inkişafını gözügötürməzlikdən irəli gəlir: “Bunun başqa izahı yoxdur. Bu qarayaxma bədxahlıq məqsədi ilə aparılır. Burada siyasi, iqtisadi qüvvələr də, şəxsi maraqlar da var. Ancaq bütün bunlar əbəs yerədir. Çünki Azərbaycanın iradəsi, nüfuzu var”.
 
Millət vəkili bildirib ki, bu bədxahlığın nümunəsi “Eurovision” mahnı müsabiqəsində də göründü: “Burada da bədxahlıq elementləri müşahidə edildi, amma bunun heç bir əhəmiyyəti olmadı və Azərbaycan bu musiqi tədbiri ilə bir daha dünyaya tanındı. İndi idman sahəsində də Azərbaycanın uğurlarını bütün dünya görür. Ölkəmizin qonaq qarşılamaq mədəniyyəti dünyaya məlumdur və bu mədəniyyət daha da inkişaf edir”.
 
N.Cəfərov deyib ki, humanist dünya qətiyyən şübhə etmir ki, ilk Avropa Oyunları Azərbaycanda uğurla keçiriləcək və özünün yeni standartlarını müəyyənləşdirəcək.
шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024