Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (20-02-2015, 14:32)
“Rəsul Quliyevlə ABŞ-da görüşüm olmayıb”

Ölkə mediasında ABŞ-ın paytaxtı Vaşinqtonda səfərdə olan Azərbaycan 

Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu ilə eks-spiker Rəsul Quliyev arasında qapalı görüşün keçirildiyi haqda məlumat yayılıb

 

Görüşdə guya ADR ilə Rəsul Quliyevin əməkdaşlığı, qarşıdan gələn parlament seçkilərində bir yerdə iştirak və digər məsələlər ətrafında geniş müzakirə aparılıb və real razılıqlar əldə edilib. 
Eyni zamanda seçki və digər məsələlərlə bağlı Qubad İbadoğluna Bakıda “El” Hərəkatının sədri ilə görüşmək, gənc bir komanda olaraq işləməyin razılaşıldırılğı bildirilir.
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının həmtəsisçisi Qubad İbadoğlu AzNews.az-a açıqlamasında eks-spiker Rəsul Quliyevlə belə bir görüşün keçirilməsini təkzib edib: “Mənim 1999-cu ildən indiyə qədər Rəsul Quliyevlə heç bir görüşüm və ya danışığım, biz sözlə ünsiyyətim olmayıb. Yazılanlar hamısı uydurmadır”.
Q.İbadoğlu “El” Hərəkatı ilə olan ünsiyyətinə də aydınlıq gətirib: “El” hərəkatının sədri Eldar Namazovla ünsiyyətim isə onun ADR hərəkatının təsis konfransına qonaq statusu ilə dəvətindən ibarət olub. Onu da telefon danışığı ilə etmişəm. Bizim başqa məsələlərlə bağlı müzakirəmiz olmayıb”.
Qeyd edək ki, Qubad İbadoğlunun ABŞ-da Rəsul Quliyevlə görüşü haqda məlumatı “milli-xeber.az” saytı yayıb.
шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024