Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (6-02-2015, 20:06)
13 rəqəmi nazirə düşməyə bilər: Fəaliyyətinin 13-cü ilində yola salınacağı gözlənilir - Ziya Məmmədovun qürubu

Nəqliyyat naziri Ziya Məmmədovun Avropa Yay Oyunlarından sonra istefaya göndəriləcəyi xəbəri getdikcə özünü doğrultmaqdadır.

Tia.az bildirir ki, onun karyerasında nazir fəaliyyətinin 13-cü ili Məmmədovlar ailəsini sevindirməyə bilər.
Əldə etdiyimiz dolğun bilgiyə görə, dövlət büdcəsindən nəqliyyat layihələrinə ayrılan xərclərin iki dəfə azaldılması naziri çətinə salıb. Yaxın zamanlarda nazirliyin fəaliyyətinin ciddi təftişi də istisna olunmur. Ötən il Bakıda sərnişindaşınmanın Nəqliyyat Nazirliyindən alınıb meriyaya verilməsi nazirin qol-budağının vurulması anlamına gəlir.
Mənbəmizin sözlərinə görə, Z.Məmmədov mərhələ-mərhələ tərk-silah olunmuş vəziyyətə gətirilib və onun iri layihələri əlindən alınıb. Z.Məmmədovun “Qarant holdinq”dəki payının böyük hissəsi də başqa bir ələ dövr edilib.
Həmçinin onun və oğlu Anar Məmmədovun Bakının mərkəzində köhnə tramvay parkının yerində tikdirdiyi möhtəşəm bina - “Baku Trump Tower” artıq Məmmədovlardan alınıb. Xatırladaq ki, Z.Məmmədov 1996-2002-ci illərdə Dövlət Dəmir Yolunun rəisi vəzifəsində çalışıb. 2002-ci ildə isə mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə nəqliyyat naziri təyin olunub.
 

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024