Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (6-02-2015, 15:46)
Azərbaycanda iki partiya sədri arasında qalmaqal

Əhməd Oruc: Sərdar Cəlaloğlu təkcə mənlə deyil, kiminlə gəldi mübahisə edir

 

 
Sərdar Cəlaloğlu: "Bu, ordakı bəzi adamların mənəvi cəhətdən deqradasiya olunduğunu göstərir"
 
Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin (SPDİHM) sonuncu toplatısında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Azadlıq Partiyasının sədri Əhməd Oruc arasında qalmaqal baş verib.
"Report"un məlumatına görə, buna səbəb S.Cəlaloğlunun xalq şairi Səməd Vurğunla bağlı tənqidi fikirlər səsləndirməsi olub. ADP sədrinin fikirlərinə Ə.Oruc etiraz edib və iki siyasətçi arasında insident yaşanıb. Sonra isə S.Cəlaloğlu toplantını tərk edib.
ADP sədri Sərdar Cəlaloğlu açıqlamasında deyib ki, Ə.Orucla mübahisə edib, amma bu, dava həddinə çatmayıb: "Demokratiya və İnsan Haqlarının Mərkəzinin toplantısında 10 partiya sədri iştirak edib, deməli, bu məlumatı onlardan biri yayıb. Başqa kim yaya bilər ki? Bu, ordakı bəzi adamların mənəvi cəhətdən deqradasiya olunduğunu göstərir. Mərkəzin toplatısında əlbəyaxa dava olmayıb, kiçik bir insident olub. Mən iclasa qatılmamışdan əvvəl televiziyaların birində Səməd Vurğunla bağlı dediklərim müzakirə olunub. İclasa qatıldıqdan sonra isə dedim ki, kim Səməd Vurğunu müdafiə etmək istəyirdisə, gəlib orada deyərdi. İclasda kiminsə arxasınca danışmaq nəyə lazımdır. Dediklərim Əhməd Orucda məsuliyyət yaratdı və kiçik mübahisə etdik. Sonra isə mətbuata ötürüblər ki, guya dava etmişik. Görün bu adamlarla seçkidə iştirak etsəydik, nələrlə üz-üzə qalardıq?! Belə insanlarla ciddi bloklarda fəaliyyət göstərmək olmaz. Dediklərim orada təmsil olunan partiyaların hamısına aid deyil. Görünür, biz Azadlıq-2015 Seçki Blokuna qoşulmamaqla doğru addım atmışıq".
Azadlıq Partiyasının sədri Əhməd Oruc da açıqlamasında ADP sədri ilə mübahisə etdiyini təsdiq edib. O bildirib ki, buna səbəb S.Cəlaloğlunun Səməd Vurğun haqqında tənqidi fikirlər səsləndirməsi olub: "Əlbəyaxa dava olmayıb. Sərdar Cəlaloğlu Səməd Vurğunla bağlı fikirlər söylədi. Mən də onun fikirlərinə irad bildirdim. Bəzi məsələlərlə bağlı həmişə Sərdar bəylə mənim aramda polemika olub. O, təkcə mənlə deyil, kiminlə gəldi mübahisə edir. Onun ömrü-günü mübahisələrdə keçir. Sərdar Cəlaloğlu Səməd Vurğun haqqında danışa bilməz. Onun iclası tərk etməsi bu mübahisə ilə bağlı deyil. Biz blok yaratdıq, onlar da blokda təmsil olunmayacaqlarını bildirdilər və iclası tərk etdilər".
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024