Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (5-02-2015, 21:29)
Hacıbala Abutalıbovun yerinə şok namizəd

Hacıbala Abutalıbovun yerinə şok namizəd

 

ARDNŞ-in vitse-prezidenti Mikayıl İsmayılov mer olmaq istəyir

Onunla yanaşı, bir neçə məmur da bu post uğrunda mübarizəyə başlayıb


"Gündəlik Bakı" qəzeti bu günlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Mikayıl İsmayılovun sahibi olduğu varidat, onun şirkətdə əsas söz sahiblərindən birinə çevrilməsi, habelə gələcək karyera planları haqda böyük yazı dərc etmişdi. Aparılan araşdırmaların nəticəsində vitse-prezidentin Bakıda 200 mənzilinin olduğu üzə çıxmışdı. 
"Mikayıl İsmayılov həm də şirkətin maliyyə məsələlərinə nəzarət edən əsas şəxs hesab olunur. Məsələn, kadr təyinatları ilə yanaşı, şirkətdə özbaşına işlərin ən çox yayıldığı təchizat işi də vitse-prezidentin nəzarəti altındadır. ARDNŞ-dəki bütün təchizat rəisləri Mikayıl İsmayılovun adamlarıdır və bu sahədə süni şişirtmələr nəticəsində böyük mənimsəmələr var. Təsadüfi deyil ki, vitse-prezident son illər Azərbaycanın oliqarx məmurları arasında yerini möhkəmlətməkdə, ildən-ilə kapitalını artırmaqla bu siyahıda yuxarıya doğru irəliləməkdədir.

Lakin onun ARDNŞ-də faktiki ikinci şəxsə çevrilməsinin arxasında başqa sirlərin olduğu haqda da danışılır. Deyilənlərə inansaq, Mikayıl İsmayılov bəzi qüvvələrin ARDNŞ-dəki əsas dayağıdır. Hətta bəzi mənbələrin iddiasına görə, həmin şəxslər Mikayıl İsmayılovu şirkətin rəhbəri postuna keçirmək istəyirlər. Yəni vitse-prezident onu bu səviyyəyə gətirib çatdıran Rövnəq Abdullayevin kreslosuna göz dikib. Onun ARDNŞ-in vitse-prezidentinə qədər yüksələn karyerasında Rövnəq Abdullayevin xüsusi rolu olub. Mikayıl İsmayılov Rövnəq Abdullayev "Xəzərdənizneftqaztikinti" trestinin müdiri işləyərkən onun yaxın çevrəsinə daxil olub. Şirkət rəhbəri Bakı Neft Emalı Zavodunda direktor işləyəndə onu özünə müavin təyin edib. Nəhayət, Abdullayev ARDNŞ-in prezidenti postuna keçdikdən sonra onun vitse-prezident postuna təqdimatını ölkə rəhbərliyinə təqdim edib. Və Mikayıl İsmayılov bu vəzifəyə təyin edilib. Artıq ən yuxarı dairələrin nomenklaturasına daxil olan Mikayıl İsmayılov Rövnəq Abdullayevin yaxın çevrəsini təqib etməyə başlayıb. Məsələn, şirkət rəhbərinin uşaqlıq dostu və həmyerlisi, ARDNŞ Neft Kəmərləri İdarəsinin rəisi Zöhrab Quliyev məhz Mikayıl İsmayılovun təkidi ilə işdən kənarlaşdırıldı. ARDNŞ şefi isə uşaqlıq dostunu müdafiə edə bilmədi. Zöhrab Quliyevin işdən kənarlaşdırılması qanunsuz tikililərlə bağlı yaradılan xüsusi komissiyanın apardığı araşdırmalardan sonra baş verdi. Həmin komissiyaya Mikayıl İsmayılov rəhbərlik edir. Onun rəhbərlik etdiyi xüsusi komissiyanın araşdırması zamanı Quliyevə qarşı kompromatlar toplandı və nəticədə əvvəlcə Kəmərlər İdarəsinin bir neçə rəis müavini, bir qədər sonra isə Zöhrab müəllimin özü işdən kənarlaşdırıldı", deyə məqalədə bildirilirdi. 

ARDNŞ-in vitse-prezidentinin fəaliyyəti, daha dəqiq desək, karyera yolundakı arzuları ilə bağlı qəzet yeni maraqlı məlumatlar yayıb. Bu haqda bir qədər sonra. 
Qeyd edək ki, artıq xeyli müddətdir Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun tutduğu vəzifədən kənarlaşdırılacağı barədə söhbətlər dolaşmaqdadır. Bəzi mənbələr şəhər merinin yaşı və səhhətində yaranan bir sıra problemlərlə əlaqədar olaraq işdən çıxma ərizəsi yazacağını vurğulayıblar. Paytaxt merinin postundan uzaqlaşdırılacağını eşidən bəzi qüvvələr isə bu kürsü uğrunda sözün əsl mənasında qızğın mübarizəyə başlayıblar. BŞİH-in başçısı vəzifəsinə iddia edənlərin arasında çox maraqlı şəxslərin adı var. Hansı ki, onların bir neçəsi hazırda ayrı-ayrı vəzifələrdə təmsil olunurlar. 

Mötəbər mənbələrin verdiyi məlumata görə, Hacıbala Abutalıbovun yerinə əsas namizədlərdən biri də ARDNŞ-in vitse-prezidenti Mikayıl İsmayılovdur. İlkin versiyalara əsasən, yaxın vaxtlara kimi şirkətin prezidenti vəzifəsinə keçmək barədə xəyallar quran Mikayıl İsmayılov artıq bu sevdasından əl çəkmək məcburiyyətində qalıb: "Onun əlaqələri nə qədər geniş olsa da, Rövnəq Abdullayevə əzələ nümayiş etdirmək gücündə deyil. Məhz buna görə də Mikayıl müəllim şirkətin birinci şəxsinə çevrilmək barədəki fikirlərinin üstündən xətt çəkməli olub. Hacıbala Abutalıbovun vəzifədən gedəcəyi haqda yayılan xəbərlər vitse-prezidentin planlarını dəyişməsi ilə nəticələnib. Yayılan məlumatlara görə, Mikayıl İsmayılov mer postu uğrunda iddiasını açıq-aşkar şəkildə ortaya qoyub. Və bu məsuliyyətli vəzifə ona tapşırılacağı təqdirdə işinin öhdəsindən lazımi səviyyədə gələcəyini bildirib. Vitse-prezident hətta bu məqsədlə mötədil əlaqələrini işə salıb, bütün imkanlarını səfərbər edib. Neft şirkətinin əsas söz sahiblərindən biri olan məmurun şansları 50-50-yə qiymətləndirilir. Çünki onunla yanaşı, bəzi arxalı şəxslər də mer vəzifəsi uğrunda mübarizəyə qoşulub. Amma deyilənə görə, Rövnəq Abdullayevin kadrı həmin şəxsləri arxada qoyub Bakı şəhərinin icra başçısı olmaq niyyətindədir".


шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024