Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (24-01-2015, 16:33)
Erməni ordusunda çaxnaşma

Erməni ordusunda çaxnaşma


Gərginlik erməni hərbçiləri arasında qorxu hissini artırıb

 

"İşğal olunmuş ərazilərdə yerləşən erməni bölmələrindən birinin əsgəri Ermənistandan hərbi xidmətə çağırılmış Nikolay Martirosyan digər hərbi qulluqçular tərəfindən məruz qaldığı təhqirlərə və zorakılığa dözməyərək qollarının damarlarını kəsərək həyatına qəsd edib".
Müdafiə Nazirliyindən PİA.AZ-a verilən məlumata görə, digər bir fakt isə xidmətin çətinliyinə dözməyən əsgər Vahan Şahanyanın həyatına qəsd etmək məqsədilə özünü hündür qayadan atması olub. 
Nazirlikdən bildirilib ki, əsgər sağ qalsa da, ağır kəllə-beyin və aşağı ətrafın ikitərəfli sınığı diaqnozu ilə alayın tibb məntəqəsinə yerləşdirilib:
"Əldə olunan başqa bir məlumata görə isə hərbi hissədəki acınacaqlı vəziyyətə dözməyərək, qoşunların təmas xəttini keçməyə cəhd göstərən 2014-cü ilin birinci çağırışında hərbi xidmətə gəlmiş erməni əsgərinin öz xidmət yoldaşları tərəfindən arxadan atəş açılaraq öldürülməsi və dayaq məntəqəsində onun meyitinin tələm-tələsik basdırılmasıdır". 
Nazirlikdən bildirilib ki, cəbhədə baş verən gərginlik Ermənistan Silahlı Qüvvələrini özbaşına tərk edən hərbi qulluqçuların sayının artmasına səbəb olub.

 

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024