Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (24-01-2015, 10:25)
Baş nazir: “Yalvaran deyilik”


Türkiyənin Baş naziri Əhməd Davudoğlu ölkəsinin Avropa Birliyinə mütləq üzv olacağını açıqlayıb

 

"Mediatv.az" Axar.az-a istinadən xəbər verir ki, Davudoğlu Türkiyənin AB-yə yalvarmayacağını deyib:
“Mütləq bir gün Türkiyə AB-yə daxil olacaq. Yalvarmayacağıq, başımız dik şəkildə, dinimizlə, dilimizlə gələcəyik".
İsveçrənin Sürix şəhərində bu ölkənin türk cəmiyyəti ilə görüşən baş nazir irqçiliyə qarşı olduqlarını və bu yolda mübarizəni davam etdirəcəklərini qeyd edib:
“Harada olursa olsun, hər cür irqçiliyə qarşı cavab verəcəyik. Bir daha Sürixdə deyirəm: İslam Avropanın əsl dinidir və əsl dini olmağa davam edəcək. Avropada məscidlərə uzanan əllərlə mübarizə edəcəyik. O kasıb dedikləri ölkə bu gün dünyanın yüksələn gücü, G20-nin başçısıdır. Alnımızın təri ilə buraya gəldik”.
Avropanın böhrandan yalnız Türkiyənin köməyi ilə çıxa biləcəyini deyən Ankara rəsmisi ölkəsinin AB üçün yük olmadığını vurğulayıb: 
“AB qlobal güc olacaqsa, Türkiyənin iştirakı ilə, böhrandan çıxacaqsa Türkiyənin əhalisiylə, təşəbbüskar ruhu ilə çıxacaq. Avropa üçün biz yük deyilik. Avropa üçün Türkiyə bir şəfadır. İrqçilik və zəifləyən gücünə qarşı şəfadır”.
шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024