Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (24-12-2018, 10:49)
İnfeksion xəstəliklərə görə nümunələr yoxlandı

 Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı ölkədəki vəziyyət barədə açıqlama verib.
Mediatv.az xəbər verir ki, mərkəzin direktor müavini Afaq Əliyeva Trend-ə bildirib ki, hazırda kəskin respirator virus infeksiyalarına yoluxma mövsümü olsa da, ölkədə bu infeksiyalara yoluxma səviyyəsi ötən illə müqayisədə azalıb. Bu azalma Bakı şəhəri üzrə 10 faizə qədər, ölkə üzrə isə 1 faizə yaxındır.
"Biz RGEM-in yerlərdəki şöbələrindən həftəlik və gündəlik məlumatları alırıq. Bu məlumatlar hələ ki, xəstəliyin yayılma hallarının sayının artdığını göstərmir”.
A.Əliyeva bildirib ki, Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən, builki payız-qış mövsümündə 200-ə yaxın xəstədən respirator virus infeksiyaları, yaxud qripə bənzər xəstəliklər üzrə laborator müayinələr üçün nümunələr götürülüb. Lakin laborator müayinələrin nəticəsində xəstələrdə heç bir virus aşkarlanmayıb.
RGEM rəsmisi əlavə edib ki, Səhiyyə Nazirliyinin əmrinə uyğun olaraq, xəstələrin aşkar olunması, müəssisələrdə dezinfeksiya tədbirlərinin gücləndirilməsi, müayinələrin aparılması üçün tədbirlər davam etdirilir.
“Hazırda infeksion xəstəliklərlə bağlı vəziyyət tam sabitdir, nəzarət tədbirləri həyata keçirilir. Həm məktəbəqədər müəssisələrdə, həm məktəblərdə, həm də müalicə-profilaktika müəssisələrində gündəlik profilaktik dezinfeksiya tədbirləri aparılır”.
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024