Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (5-07-2018, 16:00)
Oqtay Şirəliyev: "ÜST Azərbaycana icbari tibbi sığortanın tətbiqinə yardım göstərməyi təklif edib"

Oqtay Şirəliyev: "ÜST Azərbaycana icbari tibbi sığortanın tətbiqinə yardım göstərməyi təklif edib"

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana icbari tibbi sığortanın tətbiqi üçün özünün tövsiyəsini verməyi, ekspert yardımı göstərməyi, eyni zamanda Azərbaycanın icbari tibbi sığorta modelinin digər ölkələr üçün nümunəvi model kimi təqdim edilməsini təklif edib.

Mediatv.az Trend-ə istinadən xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesusun iştirakı ilə "BMT-nin dayanıqlı inkişaf məqsədlərində səhiyyə islahatları" mövzusunda keçirilən yüksək səviyyəli iclasda çıxışı zamanı deyib.

O bildirib ki, ÜST-nin baş direktorunun təşəbbüsü ilə qəbul edilən qətnamələr və aparılan islahatlar səhiyyə sahəsində infeksiyon və qeyri-infeksiyon xəstəliklərin qarşısının alınmasına yönəlib.

O.Şirəliyev deyib ki, son 25 ildə dünyada 5 yaşadək uşaq ölümü yarıya enib, qlobal səviyyədə ana ölümü 2 dəfə azalıb: "Ölkədə 1000 yeni doğulan körpə arasında 5 yaşadək uşaq ölümü göstəricisi 28-dən 12,8-ə düşüb. Ana ölümü əhəmiyyətli dərəcədə azalıb, yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilib".

Nazir bildirib ki, Azərbaycanda ifrat yoxsulluq aradan qaldırılıb, mütləq yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib:

"Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə yoxsulluğun ləğvinə, əsas sosial problemlərin tam həllinə nail olunub. Bəşəriyyətin gələcəyi naminə Azərbaycan hökuməti bundan sonra da tərəfdaşları ilə əməkdaşlıq edəcək. Əminəm ki, qarşımızda duran bütün məqsədlərə nail olacağıq"

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024