Yaşıl çaydan xərçəngə qarşı effektiv dərman hazırlandı » Mediatv.az informasiya portalı
Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (22-05-2018, 09:09)
Yaşıl çaydan xərçəngə qarşı effektiv dərman hazırlandı

Yaşıl çaydan xərçəngə qarşı effektiv dərman hazırlandı

 

Yaşıl çayın cövhərindən hazırlanmış nanozərrəciklər lazer işıqsaçma yolu ilə insanın ağciyərində olan bütün xərçəngli şişləri məhv etməyə qadirdir.

Mediatv.az  xəbər verir ki, bu haqda elmi məqalə “ACS Applied Nano Materials” jurnalında dərc olunub.

Tədqiqatı aparan Britaniyanın Suonsi universitetinin alimləri xərçəngli şişlərin “fotoşəkillərini” əldə etmək üçün yaxın gələcəkdə kvant nöqtələrdən istifadə etməyi planlaşdırır.

“Bununla nanozərrəciklərin hansı yolla birləşdiyini və xərçəngli şişlərin içinə hansı şəkildə daxil olduğunu öyrənmək niyyətindəyik”, - deyə tədqiqat qrupunun rəhbəri Sudxaqar Pitçaymutu bildirib.

Alimin dediyinə görə, nanozərrəciyin təsir gücü bilavasitə onun diametrindən asılıdır. Dəmir və digər element zərrəcikləri nə qədər çox olsa, o qədər çox şişli hüceyrələri məhv edə bilir. Ancaq bəzi hallarda bunun mənfi tərəfi də olur. İri fraqmenlər xərçəng hüceyrələrindən savayı, sağlam hüceyrələri də zədələyə  bilir.

Alimlər son illər xərçəngə qarşı mübarizə aparacaq və onları stabilləşdirəcək  onlarla maddə kəşf edib. Ancaq onların hər birində ümumi bir çatışmazlıq olub.

Belə maddələrin nanozərrəcikləri həddindən artıq toksik olur və kor-təbii şəkildə qarşısına çıxan hüceyrələri məhv edir. Məhz bu səbəbdən bu metodun tibbi praktikada tətbiqi uzun illər mümkünsüz olub.

Ancaq britaniyalı tədqiqatçılar bu problemin çözümünü tapıb. Onlar yaşıl çayın cövhərində xərçəng şişlərini məhv etməyi bacaran nanozərrəciklər yetişdirməyin yolunu öyrənib.

Eksperimentlər göstərib ki, hər üçün komponenti –kadmiy sulfatı, natrium sulfat və çay cövhərini birləşdirməklə kiçik nanozərrəcikləri hazırlamaq olar.

Onları qarışdırdıqdan bir neçə saat sonra ərsəyə gələn məhlulda bir neçə nanometr ölçülü zərrəciklər əmələ gəlir. Onlar işığı uda və yeni növ elektromaqnit dalğası yarada bilir.

Tədqiqat qrupunun hazırladığı kvant nöqtələri ağciyərdə şişlərin lazerlə işıqlandırılması yolu ilə xərçəng hüceyrələrinin 80 faizini məhv edib. Rəhbər Pitçaymutunun dediyinə görə bu tapıntı xərçəngə qarşı mübarizədə inqilabi dəyişikliklərə yol aça bilər.



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
19 08 2018
19 08 2018
19 08 2018