Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (13-04-2018, 12:08)
Baş allerqoloq: Bronxial astma Azərbaycanda geniş yayılıb

Baş allerqoloq: Bronxial astma Azərbaycanda geniş yayılıb

 

Bronxial astma - ağciyər tənəffüs yollarının iltihabı-allergik xəstəliyi Azərbaycanda geniş yayılıb. Azərbaycan əhalisinin 5-8 faizində bronxial astma xəstəliyi müşahidə olunur.

Mediatv.az  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş allerqoloqu, Azərbaycan Tibb Universitetinin terapiya kafedrasının professoru Cəbrayıl Məmmədov bu gün Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında mövsümi allergiyalara dair keçirilən mətbuat konfransında deyib. 

O bildirib ki, bu xəstəliyin ilkin əlaməti insanda göz, burun qaşınması, halsızlıqdır. 

“Həmin xəstəlik daha çox rütubətli ərazilərdə geniş yayılır. Çünki rütubət olan evlərdə xəstəliyi törədən ev gənələrinin çoxalması buna şərait yaradır”.

Onun sözlərinə görə, mart ayından may ayının sonuna kimi bəzi insanlarda allergik xəstəliklər daha çox əmələ gəlir: 

“Bu, yazda ağacların çiçəklənməsi ilə bağlıdır. Əksər insanlar bunu qripə bənzədirlər. Amma bu, qrip deyil. Buna görə də düzgün müalicənin olması mühümdür. Belə olduğu tədqirdə insanlar dərhal allerqoloqa müraciət etməlidir.

Çox təəssüf ki, hazırda bu xəstəlik böyüklərdə və kiçiklərdə daha çox müşahidə olunur”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024