Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (9-02-2018, 15:00)
Parlamentdə transplantasiya haqqında qanun müzakirə olunur

Parlamentdə transplantasiya haqqında qanun müzakirə olunur

 

Fevralın 9-da Milli Məclisin (MM) Səhiyyə komitəsinin növbəti iclasında “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmələr başlayıb.

Mediatv.az-ın xəbərinə görə, MM-in Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib ki, bu gün son dərəcədə mühüm bir məsələnin - orqan və toxumaların transplantasiyası məsələsinin müzakirəsinə toplaşılıb:

“Çünki bu məsələ hər zaman həm mətbuatda, həm komitəmizdə, həm də plenar iclaslarda ciddi müzakirə olunmaqdadır. Bu məsələ bir an olsun belə, gündəmdən düşmür”.

Komitə sədrinin sözlərinə görə,  transplantasiya, ümumiyyətlə, bu gün təbabətin bütün sahələrində istifadə olunur:

“Ancaq bu sahədə qanunların, digər qanunvericilik aktlarının olması və yenilərinin işlənilib qəbul edilməsinə ciddi ehtiyac var. Çünki bu sənədlərsiz məsələnin düzgün həyata keçirilməsi, həlli mümkün deyil”.

Akademik qeyd edib ki, bu gün ölkədə çox uğurla sümük iliyinin, ürəyin, böyrəyin transplantasiyası həyata keçirilir:

“Ancaq bunlar sayca yetərli deyil. Bununla bağlı müraciətlər həddindən artıq çoxdur, transplantasiya olunanların isə müraciət edənlərlə müqayisədə sayı xeyli azdır...”



Xəbər lenti
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018
19 02 2018