Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (20-09-2016, 17:50)
"Bu epidemiya sürətlə uşaqlar arasında yayılır" - Mehriban Əliyevaya şikayət

"Bu epidemiya sürətlə uşaqlar arasında yayılır"
Bu gün "Azad İstehlakçılar"İctimayi Birliyi(AİİB)Mehriban Əliyevadan və Cəmil Əliyevdən kömək istəyib.

 

Mediatv.az xəbər verir ki, Qaynarinfo.Az-ın verdiyi xəbərə görə, bu barədə Eyyub Hüseynov məlumat yayıb.

Eyyub Hüseynovun sözlərinə görə, kiçik yaşlı uşaqlar arasında məişət narkomaniyasına rəvac verən, AİİB tərəfindən xaricdə ekspertizası keçirilib təhlükəliliyi sübuta yetirilmiş Şəkidə istehsal olunan filtersiz siqaretlərin (qeyd edirik ki,siqaretlərin bütün növü pisdir,arzuolunmazdır ister filtirli olsa belə) istehsalı və satışının davam etməsinə Səhiyyə Nazirliyi xüsusi dəstək verir. Ona görə də AİİB müraciətlər ünvanlayaraq insanların sağlamlığı üçün təhlükənin qiymətləndirilməsini,istehsalın ya standartlara uyğunlaşdırılmasını,ya da istehsalın dayandırılmasını xahiş etmişdir.

Müraciətin mətni:

“Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya

“Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) istehlakçıların hüququnun və ölkənin əmtəə bazarının təhlükəli mallardan (xidmətlərdən) qorunması üçün dövlət orqanlarına yardımçı olmaq məqsədi ilə 1997-ci ildə dövlət qeydiyyatına alınmış ictimai təşkilatdır.

AİİB 1998-ci ildən beynəlxalq istehlakçı təşkilatı – Consumers İnternational (Cİ) üzvü olaraq doğma Azərbaycanımızı dünyanın 120 ölkəsində təbliğ və təmsil edir.

AİİB-in mühüm hədəflərindən biri də vətəndaşlarımızın sağlam həyat tərzinə nail olmaqdır və sağlam həyat tərzinin mühüm göstəricilərindən biri də tütündən istifadənin tam məhdudlaşdırılmasıdır.

Təsadüfi deyildir ki, hörmətli prezidentimizin 23.12.2015 tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya” sənədində 5 il müddətində tütündən istifadənin 10% azaldılması qarşıya mühüm vəzifə olaraq qoyulmuşdur. AİİB-in 2000-2001-ci illərdə apardığı fəal maarifləndirmə, xarici ölkələrdə keçirdiyi ekspertizaların dövlət orqanlarına təqdim edilməsi nəticəsində 2001-ci ildə təhlükəli filtersiz siqaret istehsal edən 5 müəssisə fəaliyyətini dayandırmış bu ilin may ayına qədər təhlükəli, standartlara cavab verməyən filtersiz siqaretlər ölkədə olmamışdır. Əlbəttə, siqaretin bütün növləri istər filterli olsun, istər filtersiz arzuolunmazdır, təhlükəlidir məişət narkomaniyasıdır. Lakin tərkibində nikotinin, qətranın miqdarı yol verilən normadan çox olan siqaretlər daha təhlükəlidir. 

Sahibkarlar üçün yaradılmış kifayət qədər əlverişli, toxunulmazlıq şəraitindən sui-istifadə edən Şəki şəhərində yerləşən “Azəri Koorpariyası” və “Mehdi” firması may ayından başlayaraq “Karvan” və “Şəki” markalı təhlükəli filtersiz siqaret istehsalına başlamışlar. Mövcud standartların çoxsaylı tələblərinə əməl edilmədən istehsal olunan bu siqaretlər 0.45 AZN dəyərində olmaqla uşaqlar üçün əlyetərli olmuş və valideynlərin AİİB-ə verdiyi məlumata görə kiçik yaşlı uşaqlar bu siqaretləri əldə edib çəkirlər, bu epidemiya sürətlə uşaqlar arasında yayılır.

“Karvan” və “Şəki” siqaretləri tək regionda deyil, Bakının mərkəzində S.Rəhimov küç. 188 ünvanda siqaretlərin topdansatış dükanlarında da satılır. 

Siqaretin tərkibini yoxlama imkanları olmadığı halda Səhiyyə Nazirliyi “siqaretlər təhlükəsizlik göstəricilərinə görə müayinə edilmiş, standartların tələbinə cavab verir” cümləsi yazılmış 16.06.2016 tarixli № AZ031 1226 saylı gigiyenik sertifikatı istehsalçıya təqdim edərək təhlükəli siqaret istehsalına dəstək vermişdir. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 343 saylı qərarına görə tütün məmulatları təhlükəsizliyi təmin olunmalı mallar siyahısındadır və adı çəkilən müəssisələrə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən uyğunluq sertifikatı verilməmişdir. Nə üçün dövlət orqanları koordinasiya olunmuş şəkildə işləyə bilmir, bu da bir sualdır?!

AİİB təhlükəli siqaretlərin nümunələrini xaricə göndərmiş, ekspertiza keçirtdirmiş və məlum olmuşdur ki, siqaretlərin tərkibində qətran normadan 67%, nikotin 40% çoxdur.

Bu ekspertizaların nəticələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən, Səhiyyə Nazirliyinə və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə göndərilsə də, heç bir tədbir görülməmişdir. (Ekspertizanın nəticəsi məktuba əlavə olunur.)

Hörmətli Mehriban xanım!

Xahiş edirik, ictimai təşkilatın qaldırdığı bu məsələyə münasibət bildirəsiniz və təhlükəli tütün məmulatı istehsal edən qeyd olunan müəssisələrin texnologiyalarının ya standartların tələblərinə uyğunlaşdırılmasına ya da fəaliyyətlərinin dayandırılmasına dair qərar qəbul edilməsi barədə göstəriş verəsiniz.” 

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024