Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (14-07-2015, 12:35)
Noyabrdan Azərbaycanda ərzaqlar şüalanacaq

 

Regionun ilk “Qamma şüalanma kompleksi” noyabr ayında istifadəyə veriləcək.

ANS PRESS-in məlumatına görə, bunu Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilən iclasda deyib.

“Nüvə texnologiyalarının sülh məqsədləri ilə istifadəsi sahəsində Milli Nüvə Tədqiqatları Mərkəzinin tikintisi davam etdirilib, regionda ilk olan, kənd təsərrüfatı və təbabətdə sterilizasiya məqsədli “Qamma şüalanma kompleksi”nin qurulması işləri başa çatmaq üzrədir və bu ilin noyabr ayında istifadəyə verilməsi planlaşdırılır.”,- deyə nazir vurğulayıb.

Qamma şüalanma nüvə hissəciklərinin aralarında reaksiyalardan yaranan, ən kiçik dalğa uzunluğuna, ən yüksək rəqs tezliyinə malik elektromaqnit dalğasıdır. Fizikada simvolu γ-dir.

Adətən kosmosda baş verən nüvə reaksiyalarının nəticəsində meydana gəlir. Fransız fiziki Pol Villar tərəfindən 1900-cü ildə radiumun şüalanmasının öyrənilməsi zamanı kəşf olunub. Qamma şüası rentgen şüalarının nüfuz edə bildiyindən daha qalın səthlərdən keçir.

Məhz buna görə bir sıra kənd təsərrüfatı məhsullarını, xüsusilə də toxumları anbarda saxlamazdan öncə qamma şüalanma vasitəsi ilə dezinfeksiya edirlər. Bu, yaza salamat çıxan toxum miqdarını 10 faizə qədər artırır. Dünyada taxılın, kartofun, noxudun, soyanın və s. məhsulların qamma şüalanma vasitəsi ilə dezinfeksiyası aparılır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024