Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (13-07-2015, 11:28)
Siqaretin yeni müəyyən edilən ziyanı

Siqaretin yeni müəyyən edilən ziyanı dəhşətlidir

 

 

 

Siqaret çəkmək şizofreniyanın inkişafına bilavasitə təsir göstərə bilər və bu əlaqə daha ətraflı araşdırılmalıdır. 
Mediatv.az-ın məlumatına görə, bu barədə Britaniyadakı “King's College” Universitetinin yeni elmi araşdırmasında deyilir. Araşdırmanın yekunları “Lancet Psychiatry” elmi dərgisində dərc edilib.

Məqalədə deyilir ki, Siqaret çəkməklə psixoz arasında əlaqənin olması çoxdandır ki, müəyyən edilib. Lakin indiyədək hesab olunurdu ki, şizofreniyadan əziyyət çəkənlər siqaretdən stresi azaltmaq vasitəsi kimi istifadə edirlər.



Təhqiqat nəticələrinə əsasən siqaret tüstüsü beyin funksiyasında dəyişikliyə səbəb ola bilər. Bu 14 mindən artıq siqaret çəkən və 273 minə yaxın siqaret çəkməyən üzərində aparılan müşahidəyə əsaslanır. Belə ki, araşdırmada iştirak edənlərin 57 faizi xəstəliyin kəskinləşməsi vaxtı artıq siqaret çəkən imiş və bu qrup arasında şizofreniyanın inkişafı ehtimalı çəkməyənlərdən iki qat artıqdır. Eləcə də siqaret çəkənlərdə çəkməyənlərə nisbətdə şizofreniyanın bir il erkən əmələ gəldiyi məlum olub.



Lakin London Psixiatriya, Psixologiya və Nevrologiya İnstitutunun nümayəndəsi doktor Ceyms Makqabi hesab edir ki, “Təhiqaqatın təbiətini nəzərə alaraq səbəb və nəticə əlaqələrini təsbit etmək çətindir”. Hərçənd onun sözlərinə görə, araşdırma psixozların yaranmasında tütünün rolunun müəyyənləşdirilməsi baxımından əhəmiyyətli addımdır və yeni tədqiqtlara yol açacaq.

Qeyd edək ki, bundan əvvəl alimlər siqaret asılılığının intihara sövq etdiyini və xərçəng xəstəliyinə səbəb olduğunu irəli sürüblər.



Azərbaycan dövlət statistika mərkəzindən ANS PRESS-ə verilən məlumata əsasən son hesablamalara əsasən ölkə əhalisinin 36,6 faizi 15 və yuxarı yaş qruplarında siqaret çəkənlər sırasındadır. Buradan siqaret çəkənlərin 0,7 faizi 15-19, 27,7 faizi 20-44, 53,2 faizi 45-64, 42 faiz isə 65+ yaş qrupuna aiddir. 

Məlumata əsasən Azərbaycanda qadınların yalnız 0,1 faizi siqaret çəkənlər sırasındadır.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024