Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (8-07-2015, 12:24)
Ürəyin dostu, xərçəngin düşməni – SÜFRƏNİZDƏN ƏSKİK ETMƏYİN

Çinli alimlər elmi araşdırmalardan sonra sübut ediblər ki, bütün meyvələr arasında ərik insan ürəyi üçün ən faydalı meyvədir. Tərkibinin kaliumla zəngin olmasına görə bu meyvə ürək-damar sistemini normal tonusda saxlayır və bir çox xəstəliklərin yaranmasına qarşı mübarizə aparır.

 

Todaysbaku.az saytının sağlamlıqla bağlı növbəti yazısı əriyin faydaları haqqındadır.

Məlum olduğu kimi kalium damarlara müsbət təsir göstərir, toksinlərin orqanizmdən xaric olmasına şərait yaradır, qan təzyiqini tənzimləyir. Məhz elə buna görə də kardioloqlar ürək xəstəliklərindən əziyyət çəkənlərə qida rasionlarına ərik meyvəsinin daxil edilməsini tövsiyə edirlər.

Əriyin sağlamlıq üçün əsas faydalarından biri odur ki, bu meyvədə olan vitamin və minerallar orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırır.

Ərik həmçinin sinir sisteminə də müsbət təsir göstərərək orqanizmin gərginliyini aradan qaldırır, əsəbləri sakitləşdirir.

Bu meyvə təbii karotin mənbəyidir ki, bu da antioksidant olaraq onkoloji xəstəliklərin profilaktikası üçün əvəzsiz bir məhsuldur. Elmi cəhətdən bu da sübut olunub ki, ərik orqanizmi qida borusu, boğaz, sidik kisəsi, mədə və ağciyər xərçəngindən qoruyur.

Sutka ərzində 100 qram ərik yeməklə həzm prosesini normallaşdırmaq, maddələr mübadiləsini tənzimləmək olar.

Ərik beyin fəaliyyəti üçün də olduqca faydalıdır və bu meyvə yaddaşı möhkəmləndirir.

Qanazlığı zamanı əriyin faydası əvəzolunmazdır. Qanda hemoqlobini artırmaq üçün bu meyvəni təbii dərman saymaq olar.

A vitamini ilə zəngin olduğundan ərik görmə qabiliyyətini də yaxşılaşdırır.

İsti yay günlərində ərik yeməklə susuzluğun qarşısını almaq mümkündür.

Hələ qədim zamanlardan Çində ərikdən kosmetoloji vasitə kimi istifadə ediblər. Ərikdən müntəzəm istifadə dərini təravətləndirir, vaxtsız qırışların yaranmasına mane olur.

Şəkərli diabet və hepatit xəstəlikləri olanların ərik meyvəsindən istifadəsi məhdudlaşdırılmalıdır.

Əriyi acqarnına yemək məsləhət görülmür. Gün ərzində bu meyvədən qədərindən artıq istifadə edildikdə başgicəllənməsi, qan təyziqinin aşağı düşməsi, diareya halları baş verə bilər. Odur ki, tamahınıza sahib olaraq ürəyin dostu, xərçəngin düşməni olan bu meyvədən qədərində yeyin ki, faydalarından bəhrələnə biləsiniz.

 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024