Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (31-05-2015, 23:40)
Kükürdlü sabunun faydaları

Kükürdlü sabunun faydaları

 

Saçların, dərinin sağlamlığı və gözəlliyi üçün bir çox sabun və yuyucu vasitələr təklif olunur. Mütəxəssislər isə hər zaman bitki tərkibli sabunların dəri üçün daha faydalı olduğunu bildirirlər. Çünki bitki tərkibli sabunlar şəfalı tərkibi sayəsində saç və dəridə əmələ gələn problemləri tənzimləməkdə böyük rol oynayırlar.

 

Bu faydalı sabunlardan biri də kükürdlü sabundur. Quruducu, antiseptik və antibakteriyal xüsusiyyətləri sayəsində, dəridə sızanaq və qara nöqtələrin əmələ gəlməsinə səbəb olan yağlanmanı azaldır və zərərli mikroorqanizmlərin əmələ gəlməsinin qarşısını alır. Dəri tipiniz yağlı və sızanaq yaranmasına meyllidirsə, dəri təmizliyində kükürdlü sabundan istifadə edərək, bu problemdən canınızı qurtara bilərsiniz.

 

Kükürdlü sabun dəridə təbii pilinq təsiri yaradaraq, dəri altında qalmış sızanaqları dəri səthinə çıxarmadan qurudur, dəridəki qara nöqtələri azaldır.

 

Kükürdlü sabun yağlı saçların müalicəsi üçün də olduqca faydalıdır. Saçlarınız çox tez yağlanırsa, kükürdlü sabundan istifadə edərək bu xoşagəlməz vəziyyətin qarşısını ala bilərsiniz. Ancaq çox tez-tez istifadə də məsləhət görülmür. Belə ki, sabun saç diblərini qurudaraq, kəpəklənməsinə gətirib çıxara bilər. Odur ki, həftədə ən çox 2 dəfə istifadə etmək olar.

 

Kükürdlü sabundan qurudərili xanımlar və bəylər istifadə edə bilməz.  Çünki quru dəri yağ əmici xüsusiyyəti sayəsində onsuz da quru olur. Kükürdlü sabun isə dərini daha da qurudur.

 

Kükürdlü sabunun qiyməti

 

Kükürdlü sabunun qiyməti 2 manat ilə 10 manat arasında dəyişir. Kosmetik marketlərdə və apteklərdə satılan qablaşdırılmış məhsullar bir qədər daha bahalıdır.

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024